30 
İyl
2014
13:00
37
2
964
Virtual karabakh

“Azərpoçt” internetdə mal sata bilər

30 İyl, 2014
13:00
964

“Azərpoçt” internetdə mal sata bilər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Alınan malı evə çatdırmaq imkanınız da var”.

“Azərpoçt” üçün yeni bank xidmətlərinin, o cümlədən elektron kommersiya xidmətlərinin göstərilməsi böyük perspektivli görünür.

Oxu.Az Marja-ya istinadən xəbər verir ki, bunu Rabitə və Yüksək Texnologiyalar Nazirliyində 2014-cü ilin 6 ayının yekunları ilə bağlı keçirilmiş kollegiya iclasında nazir Əli Abbasov bildirib.

Nazir deyib ki, “Azərpoçt”un inkişaf sürəti, ümumi İKT-nin inkişafından geri qalır. Geriliyin aradan qaldırılması üçün əhaliyə yeni xidmətlər göstərilməlidir:

“Azərpoçt” elektron kommersiya xidmətini tətbiq etməlidir. Mən hər dəfə elektron kommersiya barədə deyirəm, lakin hələ də yaxşı bir kommersiya layihəsi həyata keçirilməyib. Sizin (“Azərpoçt”) alınan malı evə çatdırmaq imkanınız da var. Elektron ticarət xidmətini göstərən digər şirkətlərdə isə bu üstünlük yoxdur. Onlar hansısa poçt şirkətilə müqavilə bağlamalıdırlar”.

Əli Abbasov qeyd edib ki, bu gün elektron kommersiya sistemində iştirak artsa da, elektron ticarət dövriyyəsi vasitəsilə alıcılara satılan məhsulların həcmi azdır:

“Birinci yarımildə Azərbaycanda internet üzərindən 1,3 milyon manatlıq mal alınıb. Müqayisə üçün bildirim ki, ABŞ-da pərakəndə satışın 30-35%-i elektron kommersiya vasitəsilə həyata keçirilir. Azərbaycanda isə bu faiz çox cüzidir”.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri