30 
İyl
2014
16:00
6
32
642
Virtual karabakh

Son səkkiz ildə ünvanlı sosial yardımın məbləği 3,3 dəfə artıb

30 İyl, 2014
16:00
642

Son səkkiz ildə ünvanlı sosial yardımın məbləği 3,3 dəfə artıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Cari ilin 1 iyul tarixinə 128025 ailəyə bu müavinət təyin olunub.

Ünvanlı yardımın hesablanması üçün ehtiyac meyarının məbləği 2006-ci ildəki 30 manatla müqayisədə ötən müddətdə 3,3 dəfə artırılaraq 2014-cü ilin 01 yanvar tarixindən 100 manata çatdırılıb.

Oxu.Az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyindən verilən məlumata görə, bu artım dinamikası aztəminatlı ailələrə ödənilən ünvanlı sosial yardımların məbləğində də ciddi artımla müşahidə olunub.

“Belə ki, ölkəmizdə ünvanlı sosial yardım proqramına başlanıldığı 2006-cı ildə hər ailəyə ödənilən ünvanlı yardımın orta aylıq məbləği 44,28 manat olduğu halda, bu məbləğ ötən müddətdə 3 dəfədən də çox artaraq hazırda 133,06 manat təşkil edir”, - məlumatda deyilir.

Xatırladaq ki, cari ilin 1 iyul tarixinə respublikamızda 559834 nəfər ailə üzvünü əhatə edən 128025 ailəyə ünvanlı dövlət sosial yardımı təyin olunub. Həmin ailələrdən 37208-i tərkibində 3 və daha çox uşağı olan, 11596-ı məcburi köçkün, 307-i isə şəhid ailələridir. Ünvanlı yardım alan ailələrdə 1 yaşadək uşaqların sayı 5805 nəfər, 18 yaşadək ailə üzvlərinin sayı 276134 nəfər, sağlamlıq imkanları məhdud 18 yaşadək ailə üzvlərinin sayı 6050 nəfər, 18 yaşından yuxarı əlil ailə üzvlərinin sayı isə 32789 nəfərdir.

“Son vaxtlarda ünvanlı dövlət sosial yardımlarının təyinatında şəffaflığın və ictimai nəzarətin təmin olunması məqsədilə ünvanlı sosial yardım alan ailələrin siyahısı, habelə ünvanlı yardım almaq üçün tələb olunan sənədlərin siyahısı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) rəsmi internet saytının (www.mlspp.gov.az) üz səhifəsində yerləşdirilib. Eyni zamanda, ünvanlı yardımların təyinatı prosesinin avtomatlaşdırılması, beləliklə, bu sistemin tam şəffaflaşdırılması istiqamətində ƏƏSMN tərəfindən müvafiq islahat işləri aparılır”, - məlumatda deyilir.

Gülnarə Zeynalova
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri