30 
İyl
2014
16:40
34
6
551
Virtual karabakh

Türkiyədən Azərbaycana ixracatın həcmi 1 milyard dollardan çox olub

30 İyl, 2014
16:40
551

Türkiyədən Azərbaycana ixracatın həcmi 1 milyard dollardan çox olub

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Yarımilliyin statistikası açıqlandı.

Bu ilin yanvar-iyun aylarında Türkiyədən Azərbaycana ixracatın həcmi 1 mlrd. 335 mln. 10 min dollar təşkil edib. 

Oxu.Az APA-Economics-ə istinadən xəbər verir ki, bu haqda Türkiyənin Statistika Qurumunun (TÜİK) açıqladığı məlumatda bildirilib.

Qeyd edilən dövrdə Türkiyənin ən çox əmtəə ixrac etdiyi ölkə Azərbaycan olub. Bununla bərabər, Türkiyə bu ilin yanvar-iyun aylarında Qazaxıstana 480 mln. 062 min dollar,  Türkmənistana 1 mlrd. 060 mln. 334 min dollar, Özbəkistana 289 mln. 445 min dollar, Qırğızıstana isə 194 mln. 620 min dollarlıq ixracat həyata keçirib.

Hesabat dövründə Türkiyə ən çox Qazaxıstandan mal idxal edib. Belə ki, bu ilin 6 ayında Qazaxıstandan Türkiyəyə satılan əmtəənin dəyəri 685 mln. 763 min dollar təşkil edib. 

Qeyd edək ki, bu ilin birinci yarısında Türkiyənin türk dövlətlərinə reallaşdırdığı ixracatın həcmi 2,1% artaraq 3 mlrd. 359 mln. 474 min dollara yüksəlib. Ötən ilin eyni dövründə bu göstərici 3,3 mlrd. dollar təşkil edib.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri