30 
İyl
2014
19:03
46
3
1058
Virtual karabakh

Mərkəzi Bank faizləri aşağı saldı

30 İyl, 2014
19:03
1058

Mərkəzi Bank faizləri aşağı saldı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu ilin birinci yarısında ölkədə iqtisadi artım 2,1% təşkil edib.

Mərkəzi Bankın İdarə Heyəti 30 iyul 2014-cü il tarixindən etibarən uçot dərəcəsinin 4,25%-dən 3,5%-ə endirilməsi barədə qərar qəbul edib. Həmçinin, faiz dəhlizinin parametrlərinə də dəyişikliklər edilib.

Oxu.Az xəbər verir ki, Mərkəzi Bankdan verilən məlumata görə, dəhlizin yuxarı həddi 6%-dən 5%-ə, aşağı həddi isə 0,5%-dən 0,1%-ə endirilib. Eyni zamanda, bankların bütün depozitləri üzrə məcburi ehtiyat normaları 3%-dən 2%-ə endirilib.

Qeyd edək ki, bu ilin birinci yarısında ölkədə iqtisadi artım 2,1% təşkil edib, o cümlədən qeyri-neft iqtisadiyyatı 7% artıb. İqtisadi artımda daxili inkişaf mənbələri əhəmiyyətli rol oynayır.

“Mövcud inkişaf dinamikası şəraitində iqtisadi artım, məşğulluq və inflyasiya arasında optimal tarazlıq təmin olunub. Dövr ərzində orta illik inflyasiya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,4% bəndi azalaraq 1,6%-ə enib.

İnflyasiyanın aşağı səviyyəsini, iqtisadi artıma təsir edən məcmu tələb amillərini, pul kütləsinin artım templərini nəzərə alaraq, habelə iqtisadiyyatın şaxələnməsinə, real sektorda investisiya, o cümlədən kredit fəallığının daha da yüksəlməsinə və iqtisadi artıma zəruri dəstək vermək məqsədilə Mərkəzi Bank uçot dərəcəsini aşağı salıb”, - məlumatda deyilib.

Gülnarə Zeynalova
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri