30 
İyl
2014
20:20
11
30
1216
Virtual karabakh

Azərbaycanda dövlət qiymətli kağızlar bazarı aktivləşib

30 İyl, 2014
20:20
1216

Azərbaycanda dövlət qiymətli kağızlar bazarı aktivləşib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bazarın həcmi ÜDM-in 21%-nə bərabər olub.

2014-cü ilin ilk yarımilliyi ərzində qiymətli kağızlar bazarının bütün seqmentləri üzrə aparılan əməliyyatların sayı və həcmində əhəmiyyətli canlanma müşahidə olunub. 

Oxu.Az xəbər verir ki, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsindən (QKDK) verilən məlumata görə, 2013-cü ilin 6 ayı ilə müqayisədə bu ilin eyni dövründə bazarın həcmi 86% artaraq 5,9 mlrd. manata yüksəlib. Bu da 2013-cü ilin yekununun 70%-nə bərabərdir.

“Dövr ərzində kapital bazarları vasitəsi ilə maliyyələşmə meyllərinin artım tendensiyası davam edib və ilkin bazarda əməliyyatların sayı 2 dəfə, həcmi isə 3 dəfə artaraq 1,7 mlrd. manata yüksəlib. Hesabat dövründə həmçinin bütün növ qiymətli kağızların təkrar bazar ticarətində əhəmiyyətli canlanma qeydə alınıb və təkrar bazarda əqdlərin sayı və ticarətin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə müvafiq olaraq 13,4% və 61% artıb. Bütövlükdə, dövr ərzində qiymətli kağızlar bazarının həcmi ÜDM-in 21%-nə bərabər olub”, - məlumatda deyilib .

Bundan əlavə, qeyd edilir ki, hesabat dövrü ərzində korporativ qiymətli kağızlar bazarında həm əqdlərin sayında, həm də əməliyyatların həcmində yüksək templi artım müşahidə olunub. 

“Hesabat dövrü ərzində korporativ qiymətli kağızlar bazarında əqdlərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 24 faiz, həcmi isə 3,1 dəfə artaraq 2 milyard manat təşkil etmişdir. Ümumilikdə, 2014-cü ilin birinci yarımilliyi ərzində korporativ qiymətli kağızlar sektorunun həcmi 2013-cü ilin yekun həcmini 12,3 faiz üstələyib.

2014-cü ilin ilk 6 ayı ərzində korporativ qiymətli kağızlar bazarının səhm seqmentində ticarətin həcmi 2,7 dəfə artaraq 748,9 milyon manat təşkil edib. Real sektor təmsilçilərinin və xüsusi olaraq bankların səhm bazarı vasitəsilə aktiv maliyyələşməsi səhmlərin ilkin bazarını ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,3 dəfə artıraraq 732,7 milyon manata çatdırıb”, - məlumatda deyilib.

Gülnarə Zeynalova
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri