31 
İyl
2014
11:15
3
13
1054
Virtual karabakh

“Bakı-Böyük Kəsik”də təmir işləri ilə bağlı – AÇIQLAMA

31 İyl, 2014
11:15
1054

“Bakı-Böyük Kəsik”də təmir işləri ilə bağlı – AÇIQLAMA

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Təmir işləri üç gün davam edəcək.

“Bakı-Böyük Kəsik” istiqamətində əsaslı təmir işləri aparılır.

Oxu.Az SalamNews-a istinadən xəbər verir ki, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti mətbuat katibliyinin rəisi Nadir Əzməmmədovun verdiyi məlumata görə, Dövlət Proqramının icrası çərçivəsində bu gün Padar-Sığırlı mənzilində 2,3 km yolun əsaslı təmirinə start verilib.

Təmir işləri üç gün davam edəcək.

Əsaslı təmir işlərini “Azərbaycan Dəmir Yolları” QSC “Dəmiryolservis” MMC-nin müəssisələri və İnfrastruktur Departamentinin müvafiq qurumları həyata keçirir.

“Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı”nın icrası çərçivəsində 10 iyun 2011-ci ildə Tatlı-Ağstafa sahəsinin 97-ci kilometrində təmir işlərinə start verilib, 10 dekabr 2013-cü ildə Ağstafa-Poylu mənzilində 317-cü kilometrin əsaslı təmiri başa çatıb. Əsaslı təmir olunmuş 317 kilometr 800 metrlik uzunölçülü relslərlə (pletlərlə) əvəzlənib.

Ümumiyyətlə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 6 iyul 2010-cu ildə imzaladığı “Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramının təsdiq edilməsi haqqında” sərəncamı sürətlə icra olunur.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri