31 
İyl
2014
17:40
14
18
1021
Virtual karabakh

Ekspert: Qərbin sanksiyaları Azərbaycana da təsir edəcək

31 İyl, 2014
17:40
1021

Ekspert: Qərbin sanksiyaları Azərbaycana da təsir edəcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Bu, Dövlət Neft Fondu üçün siqnal olmalıdır”.

Biz o zaman da bildirdik ki, vəsaitlərin Rusiya rublu ilə saxlanması, Rusiya şirkətlərinə yatırılması risklidir.

Oxu.Az Axar.az-a istinadən xəbər verir ki, bunu xarici və yerli mediada Rusiyaya qarşı tətbiq edilən sanksiyaların Azərbaycan Dövlət Neft Fonduna (SOFAZ) təsir etməsi ilə bağlı yayılan məlumatları şərh edən İqtisadi və Sosial İnkişaf Mərkəzinin İdarə Heyətinin sədri, iqtisadçı-alim Vüqar Bayramov bildirdi:

“Təbii ki, bu sanksiyalar SOFAZ-a təsirsiz ötüşməyəcək. Çünki əmanətlərin saxlanılması əlavə əmanət portfeli müəyyən edildiyi zaman digər valyutalarla yanaşı Rusiya rublu da siyahıya salınmışdı. Həmçinin sözügedən bankın səhmlərinin bir hissəsinin də alınması ilə bağlı qərar qəbul edilmişdi.

Təbii ki, Dövlət Neft Fondu bununla istədi ki, riskləri azaltsın. Amma biz o zaman da bildirdik ki, vəsaitlərin Rusiya rublu ilə saxlanması, Rusiya şirkətlərinə yatırılması risklidir. Çünki Rusiya gələcəkdə proqnozlaşdırıla bilən ölkə deyil. Təbii ki, Rusiya o vaxt da proqnozlaşdırıla bilən ölkə deyildi. Məhz buna görə də bu ölkəyə neft vəsaitlərinin yatırılması risklidir.

İndiki halda sanksiyalar SOFAZ-a təsir edəcək. Həm də ona görə ki, Azərbaycan Moskvada da daşınmaz əmlaka investisiya yatırır. Hesablamalar göstərir ki, sanksiyalar Rusiyada daşınmaz əmlakın qiymətinin ucuzlaşmasına gətirib çıxaracaq. Amma ümumilikdə ciddi təsirlər proqnozlaşdırmırıq. Çünki aktivlərin yalnız 5 faizi digər valyutalarda qorunurdu və bu baxımdan Rusiya rublunun çəkisi çox azdır.

Amma hesab edirəm ki, bu sanksiyalar SOFAZ üçün siqnal olmalıdır. Dövlət Neft Fondu bundan sonra Rusiya kimi qeyri-stabil, Qərblə problemləri olan ölkələrə yatırım etməkdən çəkinməlidir”.

Xatırladaq ki, məşhur “Faynenşl Tayms” (Financial Times) jurnalı Rusiyaya tətbiq edilən sanksiyaların “Vneştorqbank”a (VTB) və “Sberbank”a daha çox təsir edəcəyini və VTB bankın əsas səhmdarlarından biri kimi Dövlət Neft Fondunun da bu sanksiyalardan ziyan görəcəyini yazıb. 

SOFAZ və digər iki xarici fond ötən il VTB-nin 3,3 milyard dollarlıq səhm paketini alıblar və hər biri 3-3,75 faizlik paya malikdir. Rusiya hökuməti bankın səhmlərinin 60 faizinə nəzarət edir.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri