13 
Avq
2014
15:46
66
5
1295
Virtual karabakh

Bakı-Tbilisi-Qars dəmir yolunun inşası tamamlanmaq üzrədir

13 Avq, 2014
15:46
1295

Bakı-Tbilisi-Qars dəmir yolunun inşası tamamlanmaq üzrədir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İlk qatarın bu ilin sonunadək xəttə buraxılması nəzərdə tutulub.

Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolunun inşasının tamamlanması üçün ciddi problem qalmayıb.

Oxu.Az AzərTAc-a istinadən xəbər verir ki, bunu avqustun 13-də Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Georgi Kvirikaşvili deyib.

Azərbaycan və Gürcüstan nümayəndə heyətlərinin iştirakı ilə BTQ dəmir yolu layihəsinin Əlaqələndirmə Şurasının Bakıda keçirilən 20-ci iclasında çıxış edən G.Kvirikaşvili layihənin əhəmiyyətini vurğulayaraq bildirib ki, ölkəsi bu layihəyə xüsusi önəm verir.

“Qarşımızda duran məsələlərin operativ həlli üçün bu cür görüşlərin keçirilməsi müsbət haldır. Ümid edirəm ki, uğurlu əməkdaşlığımız bundan sonra da xalqlarımızın rifahına xidmət edəcək”, - deyə G.Kvirikaşvili vurğulayıb.

Qeyd edək ki, BTQ dəmir yolunda ilk qatarın bu ilin sonunadək xəttə buraxılması,

2015-ci ildən isə yolun tam istismara verilməsi nəzərdə tutulur. Bu dəmir yolu xətti üzrə beynəlxalq layihənin həyata keçirilməsi və Bosfor boğazında dəmir yolu tunelinin inşası Transavropa və Transasiya dəmir yolu şəbəkələrinin birləşdirilməsinə, yük və sərnişinlərin Azərbaycan, Gürcüstan və Türkiyə ərazilərindən keçməklə Avropa və Asiyaya birbaşa çıxışına imkan verəcək.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri