28 
Avq
2014
14:19
104
19
3691
Virtual karabakh

Kür çayı üzərində körpü açıldı - FOTO

28 Avq, 2014
14:19
3691

Kür çayı üzərində körpü açıldı - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Açılış mərasimində İlham Əliyev də iştirak edib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 28-də Hacıqabul-Bəhrəmtəpə yolunun Şirvan şəhərindən keçən hissəsində - Kür çayı üzərində inşa olunan avtomobil körpüsünün açılışında iştirak edib.

Oxu.Az AzərTAc-a istinadən xəbər verir ki, dövlətimizin başçısı körpünün rəmzi açılışını bildirən lenti kəsdi.

Nəqliyyat naziri Ziya Məmmədov Prezident İlham Əliyevə məlumat verdi ki, körpünün uzunluğu 317 metr, eni isə 15 metrə yaxındır. Artıq xeyli vaxt idi ki, istismar müddəti başa çatmış dəmir konstruksiyalı körpü nəqliyyat vasitələrinin hərəkətində ciddi problemlər yaradırdı.

Dəfələrlə cari təmir işlərinin aparılmasına baxmayaraq, körpünün yenisi ilə əvəz olunması zərurətə çevrilmişdi. Beləliklə, 2011-ci ildən başlayan tikinti işləri yekunlaşıb və yeni, müasir standartlara uyğun körpü artıq istismara hazırdır.

Diqqətə çatdırıldı ki, körpünün tikintisi zamanı nəqliyyat vasitələrinin fasiləsiz və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə mövcud dəmir konstruksiyalı köhnə körpüdə tikinti-quraşdırma işləri həyata keçirilib.

Daha sonra İlham Əliyev Hacıqabul-Bəhrəmtəpə avtomobil yolunun Bulaqlı-Bəhrəmtəpə hissəsinin açılışında iştirak edib.

Dövlətimizin başçısı yolun rəmzi açılışını bildirən lenti kəsdi.

Nəqliyyat naziri Ziya Məmmədov Prezident İlham Əliyevə yolun texniki göstəriciləri barədə məlumat verdi. Bildirildi ki, ikinci texniki dərəcəli yolun uzunluğu 72 kilometr, eni isə 15 metrdir. Tikintinin gedişində layihə üzrə yol üzərində 8 yeni körpü tikilib, 109-u yolda, 63-ü yanaşma yollarda olmaqla 172 suötürücü boru qoyulub və digər infrastruktur işləri görülüb.

Bütün bunlar ətraf kəndlər də daxil olmaqla bu istiqamətdə yerləşən rayonların əhalisinin daha rahat və təhlükəsiz hərəkətinə geniş imkanlar açıb.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri