28 
Avq
2014
17:36
5
4
942
Virtual karabakh

İmişlidə yeni Elektrik Ötürücü Xətləri tikilir

28 Avq, 2014
17:36
942

İmişlidə yeni Elektrik Ötürücü Xətləri tikilir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Enerji obyektinin təhvil verilməsi 2014-cü ilin oktyabr ayına planlaşdırılıb.

Almaniya İnkişaf bankı KfW elektrik enerjisinin ötürülməsi xətlərini tikilməsinə dair layihəsi sona çatdırılır.

Oxu.Az Fineko/abc.az-a istinadən xəbər verir ki, KfW Bakı filialında bildiriblər ki, Elektrik Ötürücü Xətlərinin tikintisi demək olar ki, başa çatıb.

“Onun istismara verilməsi 2014-cü ilin oktyabr ayı üçün nəzərdə tutulub”, - nümayəndəlikdə deyilib.

Nümayəndəlikdə həmçinin bildiriblər ki, çin podratçı tərəfindən tikilən Elektrik Ötürücü Xətti Azərbaycanın enerji sistemi üçün böyük əhəmiyyətə malikdir.

Bankın kredit haqqında razılaşması 2007-ci ilin fevral ayında Bakıda KfW  prezidenti Doris Kon tərəfindən imzalanıb.

AFR Bərpa edilən enerji Fondunun qrantı hesabına maliyələşdirmənin ümumi şərtləri bir qədər mülayimləşdirilib. Bank, vəsaiti 12 illik müddətə, maliyə əsasında təqdim edib. 30 milyon avroluq maliyələşdirmə EuroBOR+0% ilə təqdim edilib. Layihə 195 km – uzunluğunda Mingəçevirdən “İmişli” yarımstansiya qədər olan  AzİES-İmişli Elektrik Ötürücü Xəttinin tikilməsini nəzərdə tutulur.     

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri