28 
Avq
2014
18:10
7
39
1424
Virtual karabakh

Bakı Metropoliteninin əsas problemləri

28 Avq, 2014
18:10
1424

Bakı Metropoliteninin əsas problemləri

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Təxirəsalınmaz tədbirlər görülməsinin vacibliyini bildiriblər.

“Bakı Metropoliteni” QSC-nin Əsaslı Təmir Xidmətində metronun obyektlərində, sərnişin daşınmasında yanğın təhlükəsizliyi qaydalarının yerinə yetirilməsinə, bu sahədə olan nöqsan və çatışmazlıqların aşkar edilərək aradan qaldırılmasına həsr olunan tədbir keçirilib.
 
Oxu.Az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətindən APA-ya verilən məlumata görə, tədbirdə Xidmətin Bakı Metropoliteni üzrə Dövlət yanğın nəzarəti şöbəsinin (DYNŞ), Hərbiləşdirilmiş yanğından mühafizə şöbəsinin (HYNŞ) əməkdaşları, metropolitenin xidmətlərinin baş mühəndisləri, əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə mühəndisləri iştirak ediblər.
 
Tədbirdə çıxış edən Bakı Metropoliteni üzrə HYMŞ-nin rəisi Rafiq Müvəffəqi, DYNŞ-nin rəisi daxili xidmət polkovnik-leytenantı Sozalı Əfəndiyev bildiriblər ki, metropoliten qapalı, strateji əhəmiyyətli obyekt olduğu üçün burada yanğın təhlükəsizliyinin etibarlı şəkildə qorunması çox vacibdir və son illər bu sahədə müəyyən işlərin görülməsinə baxmayaraq, hələ də bir sıra nöqsanlar mövcuddur. Bəzi obyektlərdə kabellərin keyfiyyəti aşağı səviyyədədir, elektrik təsərrüfatının yenilənməsinə ehtiyac var, əksər stansiyalarda siqnalizasiya sistemi köhnəlib, bəzən qaynaq işləri aparılarkən təhlükəsizlik tədbirlərinə düzgün əməl edilmir. Bütün bunlar Bakı Metropoliteni üzrə DYNŞ-nin “Göstəriş məktubları”nda öz əksini tapmasına baxmayaraq, vəsait çatışmazlığı səbəbindən problemlərin aradan qaldırılması yubadılır. Çıxış edənlər stansiyalarda aparılan yanğın-qəza məşq oyunlarından heç də razı qalmadıqlarını, xidmət personalının ən sadə hərəkət və davranışları icra edə bilmədiklərini, onların məşq zamanı sanki çaşqınlıq içərisində olduqlarını xüsusi qeyd ediblər və göstərilən nöqsan və çatışmazlıqların tezliklə aradan qaldırılması üçün təxirəsalınmaz tədbirlər görülməsinin vacibliyini bildiriblər.
 
Tədbir iştirakçılarına dünya yanğın mütəxəssislərinin yanğınların avtomatik söndürülməsi sahəsində əldə etdikləri nailiyyətlərin bəhrəsi olan “Şar-1” avtomatik yanğınsöndürmə vasitəsi haqqında ətraflı məlumat verilib. Tailand istehsalı olan “Şar-1” avtomatik yanğınsöndürmə vasitəsi kürə şəkillidir, həcminə görə uşaq topuna bənzəyir. Çəkisi 1,3 kiloqramdır və 6 il texniki qulluq tələb etməyən “Şar-1” 8,3 kub metr həcmli məkan üçün nəzərdə tutulub, yanğın riskinin çox olduğu yerlərə qoyulur, kiçik bir alışma, alov ona toxunan kimi 3-5 saniyə ərzində partlayır və dərhal yanğını söndürür.
 
Tədbir iştirakçıları sonda yanğınla bağlı bu cür müzakirələrin  keçirilməsinin Bakı Metropolitenində sərnişinlərin yanğın təhlükəsizliyinin qorunmasında əhəmiyyətli olduğunu xüsusi vurğulayıblar.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri