28 
Avq
2014
18:20
20
47
1172
Virtual karabakh

Rusiyadan Azərbaycana gələn turistlərin sayı açıqlandı

28 Avq, 2014
18:20
1172

Rusiyadan Azərbaycana gələn turistlərin sayı açıqlandı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2013-cü ilin birinci yarısında bu rəqəm 415 min nəfər təşkil edib.

2014-cü ilin birinci yarısında Azərbaycana 361 min Rusiya vətəndaşı səfər edib

Oxu.Az Milli.az-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Turizm üzrə Federal Agentliyinin ("Rosturizm") rəsmi saytında yerləşdirilmiş statistik məlumatda deyilir.

Ötən ilin analoji dövrünə nisbətən Azərbaycana səfər edən rusiyalı turistlərin sayı 13 faiz azalıb: 2013-cü ilin birinci yarısında Azərbaycana 415 min Rusiya vətəndaşı gəlmişdi.

Rəsmi statistik məlumata görə, 2014-cü ilin birinci yarısında Rusiyadan nisbətən daha çox sayda turistin səfər etdiyi ölkələrin sırasına Finlandiya (2,195 milyon nəfər), Türkiyə (1,794 milyon) və Ukrayna (1,593 milyon) daxildir. Azərbaycan bu siyahıda 17-ci yerdədir.

Göstərilən dövrdə Rusiyaya Azərbaycandan 347 min turist səfər edib.

“Rosturizm"in statistikası fərdi turistləri, eləcə də xaricə bir neçə günlük işgüzar səfər edənləri nəzərdə tutur (Trend).

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri