29 
Avq
2014
10:11
37
7
1148
Virtual karabakh

İşaxtaranların nəzərinə

29 Avq, 2014
10:11
1148

İşaxtaranların nəzərinə

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Kürdəmir və Samux rayonlarında əmək yarmarkaları keçiriləcək.

Avqustun 29-da Azərbaycanın iki rayonunda - Kürdəmir və Samux rayonlarında əmək yarmarkaları keçiriləcək.

Oxu.Az xəbər verir ki, bu yarmarkalar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Məşğulluq Xidməti tərəfindən təşkil olunacaq.

Qeyd edək ki, axırıncı əmək yarmarkası avqustun 28-də Goranboy rayonunda keçirilib.

“Bu aktiv məşğulluq tədbirində rayon ərazisində fəaliyyət göstərən 9-u özəl sektora aid 26 müəssisədən ümumilikdə 251 boş (vakant) iş yeri işsiz və işaxtaranlara təklif olunub. Onların sırasında sosial cəhətdən həssas əhali qruplarına aid vətəndaşlar, o cümlədən əlilliyi olan şəxslər üçün kvota üzrə iş yerləri də olub. Yarmarkada 50 nəfər vətəndaşa  boş (vakant) iş yerlərinə göndəriş verilib”, - deyilir Nazirliyin məlumatında. 

Gülnarə Zeynalova
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri