29 
Avq
2014
10:25
5
7
654
Virtual karabakh

SOCAR 3D seysmik-kəşfiyyatını davam edir

29 Avq, 2014
10:25
654

SOCAR 3D seysmik-kəşfiyyatını davam edir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İşlər “Qazanbulaq-Ziyadxan” sahəsində aparılır.

Geofizika və Geologiya İdarəsinin “Kəşfiyyatgeofizika” İstehsalat Bölümü “Azneft” İstehsalat Birliyinin sifarişi əsasında “Qazanbulaq-Ziyadxan” sahəsində 3 D seysmik kəşfiyyat işlərini uğurla davam etdirir.

Oxu.Az xəbər verir ki, SOCAR-dan verilən məlumata görə, işlər “Qazanbulaq-Ziyadxan” sahəsinin geoloji quruluşunun dəqiqləşdirilməsi və karbohidrogenlərin yayılma arealının müəyyənləşdirilməsi, zonanın neft-qazlılıq perspektivliyinin öyrənilməsi məqsədi daşıyır. Əldə ediləcək yeni məlumatlar axtarış-qazma işlərinin düzgün istiqamətləndirilməsinə şərait yaradacaqdır.

Gəncə neftli-qazlı rayonunda yerləşən 100 kvadrat kilometrlik həmin sahədə işlərin artıq 85 faizi yerinə yetirilib. Seysmik-kəşfiyyat işlərinin gələn ay başa çatdırılması nəzərdə tutulur. Çöl işləri zamanı əldə ediləcək materiallar emal və interpretasiya olunacaqdır.

Gülnarə Zeynalova
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri