29 
Avq
2014
10:32
5
2
774
Virtual karabakh

“Çilov” yatağında özülün inşası başa çatıb

29 Avq, 2014
10:32
774

“Çilov” yatağında özülün inşası başa çatıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Özül üç tərəfdən 4 minik və 6 yanalma meydançaları ilə təchiz olunmuşdur.

“Çilov” yatağında 10 ədəd istismar quyusunun qazılması üçün nəzərdə tutulan 112 saylı Stasionar Dəniz Özülünün tikintisi başa çatmışdır.

Oxu.Az xəbər verir ki, SOCAR-dan verilən məlumata görə, 28 May adına NQÇİ-nin sifarişi ilə “Neftqaztikinti” Trestinin 8 saylı Tikinti-Quraşdırma İdarəsi tərəfindən inşa edilmiş özül dənizin 5-6 metr dərinliyində, layihə nöqtəsində quraşdırılmışdır.

Ümumi sahəsi 2520 kvadratmetr olan özül iki hissədən - istehsalat və mədəni-məişət hissələrindən ibarətdir. 5 dayaq bloklu istehsalat sahəsinin ümumi sahəsi 1920 kvadratmetrdir.

Özül üç tərəfdən 4 minik və 6 yanalma meydançaları ilə təchiz olunmuşdur. Mədəni-məişət hissəsi 2 ədəd dayaq blokundan ibarətdir. Dayaq blokları arasındakı boşluq aralıq seksiyası ilə tamamlanır. 600 kvadratmetrlik mədəni-məişət sahəsi istehsalat sahəsi ilə uzunluğu 33 metr olan 2 ədəd piyada körpüsü ilə birləşir.

Özüldə 1 ədəd 42 yerlik xilasedici qayıq quraşdırılmışdır. Bundan başqa, müxtəlif metal konstruksiyalar, bloklararası rabitə və texnoloji avadanlıqlar üçün postamentlər quraşdırılmış, yanacaq və su boruları çəkilmişdir.

Obyektin yaxın vaxtlarda istismara verilməsi nəzərdə tutulur.

Gülnarə Zeynalova
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri