29 
Avq
2014
12:11
9
38
1026
Virtual karabakh

Ekspert: Məişət texnikası və mobil telefonların alınmasına milyard manat sərf edilib

29 Avq, 2014
12:11
1026

Ekspert: Məişət texnikası və mobil telefonların alınmasına milyard manat sərf edilib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Əhalinin gəlirinin artması bu mallara olan təlabatın artmasına gətirib çıxarır”.

“Maliyyə banklarının verdiyi istehlak kreditlərinin orta hesabla 15%-i məişət texnikası və mobil telefonların əldə olunmasına sərf edilir”.

Oxu.Az “Exo” qəzetinə istinadən xəbər verir ki, bu barədə İqtisadi və sosial inkişaf Mərkəzinin sədri Vüqar Bayramov bildirib.

Onun sözlərinə görə, məişət texnikası və mobil telefonların əldə olunması üçün verilən kreditlərin məbləği dəyişməz olaraq qalıb.

“Amma həcmi artmağa başlayır”

Qeyd etmək lazımdır ki, Azərbaycanda son illərdə istehlakçı kreditinin sürətlə artması müşahidə edilir.

İstehlakçı kreditinin artması əhalinin gəlirinin artması ilə əlaqədardır, Vüqar Bayramov deyib. Axı faizləri ödəmək üçün əhalinin gəliri yüksək olmalıdır, ekspert bildirib.

Vüqar Bayramovun dediyinə görə, məsələnin digər tərəfi də var.

“İş ondadır ki, əhalinin gəlirinin artması məişət əşyalarına və mobil telefonlara olan tələbatın artmasına gətirib çıxarır. Bu əşyaların əldə edilməsi üçün aylıq ödəmələr elə də yüksək deyil. Bu səbəbdən də onların ödənilməsi zamanı problemlər yaşanmır, ona görə də həvəslə istehlakçı kreditindən istifadə edir”, - V.Bayramov yekunlaşdırıb.  

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri