29 
Avq
2014
13:55
15
53
2372
Virtual karabakh

Neft Fondunun xarici investisiya portfeli – STATİSTİKA

29 Avq, 2014
13:55
2372

Neft Fondunun xarici investisiya portfeli – STATİSTİKA

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

SOFAZ pulları Asiyaya yönəldir.

Azərbaycan Respublikasının Dövlət Neft Fondu (SOFAZ) Asiya və Sakit Okeanı regionuna investisiyalarını artırıb.

Oxu.Az Marja-ya istinadən xəbər verir ki, SOFAZ-ın investisiya portfelinin coğrafi regionlar üzrə ilin əvvəlindən Asiya və Sakit Okean regionuna investisiyaların xüsusi çəkisi 9,47%-dən 12,33%-ə yüksəlib.

2013-cü ilin sonuna olan məlumata əsasən, Fond investisiya portfelinin 56,82%-ni Avropada,  19,31%-ni Şimali Amerikada, 9,47%-ni Asiya və Sakit Okean regionunda, 5,03%-ni Cənubi Amerikada, 1,50%-ni Yaxın Şərqdə, 0,01%-ni Afrikada, 7,86%-ni beynlxalq maliyyə təşkilatlarında yatırmışdı. 30 İyun 2014-cü il tarixinə olan məlumata görə isə, investisiya portfelinin 55,18%-i Avropada,  19,56%-i Şimali Amerikada, 12,13%-i Asiya və Sakit Okean regionunda, 5,03%-ni Cənubi Amerikada, 1,05%-i Yaxın Şərqdə, 0,01%-ni Afrikada, 6,84%-ni beynəlxalq maliyyə təşkilatlarında yerləşdirilib. Göründüyü kimi, Fondun investisiyalarda Avropanın xüsusi çəkisi 1,64%, Yaxın Şərqin 0,45%, beynəlxalq təşkilatların 1,02% azalmış, Asiya və Sakit Okean regionunun 2,66%, Şimali Amerikanın  isə 0,25% artmışdır. Şimali Amerikada və Afrikada investisiyaların xüsusi çəkisi dəyişməyib.

Xatırladaq ki, bu ilin martında Azərbaycan Respublikası Dövlət Neft Fondu (SOFAZ) Cənubi Koreyanın paytaxtı Seul şəhərində yerləşən və dəyəri 447 milyon ABŞ dolları təşkil edən “Payn Avenyu A qülləsi” ofis kompleksini satın almışdır.

Həmin vaxt SOFAZ-ın İcraçı direktoru Şahmar Mövsümov bildirmişdi ki, gələcəkdə də Asiya və Sakit okean hövzəsində investisiya imkanları dəyərləndiriləcək.  Həmçinin Şahmar Mövsümov  2014-cü ildə Dövlət Neft Fondunun Çin milli valyutasına da sərmayə yatıracağını mətbuata bildirmişdi.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri