29 
Avq
2014
13:42
42
17
1024
Virtual karabakh

Ekspert: Azərbaycan ərzaq idxalından asılı deyil

29 Avq, 2014
13:42
1024

Ekspert: Azərbaycan ərzaq idxalından asılı deyil

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Biz yerli mallara üstünlük veririk, bu siyasət deyil, təbii haldır”.

“Əgər idxalın strukturunu nəzərə alsaq ərzaqın 12%-i Azərbaycana digər ölkələrdən gətirilir. Ərzaqların əksəriyyətini özümüz təmin edirik, amma bu idxala mane olmur. Məsələn, biz artıqlaması ilə kartofla öz məhsulumuz hesabına təmin edilsəkdə, digər xarici ölkələrdən də kartof gətiririk”.

Oxu.Az “Exo” qəzetinə istinadən xəbər verir ki, bu barədə müstəqil ekspert Oqtay Haqverdiyev bildirib.

“Cari məsələni bazar nizamlayır. Biz idxaldan asılı deyilik, yalnız taxılda asılılıq var. Rusiyada istehlakçı bazarının 45%-i idxaldan ibarətdir, onlar həqiqətən idxaldan asılıdır. Bizim isə idxal cəmi 12%-dən ibarətdir, yəni demək olar ki, hər şey var, sadəcə ekzotik məhsullar istisna olmaqla onların ölkədə yetişdirilməsi mümkün deyil. Bundan başqa iqlim şəraitinə görə ölkədə çox şeyin yetişdirilməsi mümkündür. Vətəndaşlarımızın isə yerli mala üstünlük vermələri siyasət deyil, təbii haldır”, - ekspert bildirib.

O.Haqverdiyev daha öncə qedy etmişdi ki, keçən illə müqayisədə Azərbaycana daha az ərzaq idxal edilir.

“Bizim taxılımız var, amma buna baxmayaraq biz digər ölkələrdən də taxıl alırıq, yəqin ki, idxala davam edəcəyik. Sovet dövründə biz əsasən, digər ölkələrdən ərzaq gətirirdik, indi özümüz təmin edirik. Meyvələrlə də təmin edə bilirik, amma yenə də İran, Türkiyə və digər ölkələrdən də bəzi meyvələr gətirilir. Bu tələbatla əlaqədardır. Əgər xarici alma, armud və müxtəlif ekzotik meyvələrə təlabat varsa onlar idxal ediləcək”, - ekspert deyib.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri