29 
Avq
2014
20:15
9
48
901
Virtual karabakh

Dövlət xətti ilə sahibkarlara verilmiş kreditlərin həcmi açıqlandı

29 Avq, 2014
20:15
901

Dövlət xətti ilə sahibkarlara verilmiş kreditlərin həcmi açıqlandı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2014-cü ilin ötən dövrü ərzində 3547 sahibkara kredit verilib.

Avqustun 29-da İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Gəncə şəhərində sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forum keçirmişdir.

Oxu.Az xəbər verir ki, bu barədə İqtisadiyyat və Sənaye Nazirliyindən məlumat verilib.

Tədbirdə bildirilmişdir ki, 2014-cü ilin ötən dövrü ərzində 3547 sahibkara 186 milyon manat güzəştli kredit verilmişdir ki, bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 8000-ə yaxın yeni iş yerinin yaradılmasına imkan verir.

Qeyd edilmişdir ki, indiyədək Gəncə-Qazax iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 4362 investisiya layihəsinin maliyyələşdirilməsinə 156,2 milyon manat güzəştli kredit verilmiş, digər sahələrlə yanaşı, müasir texnologiyaların tətbiqinə əsaslanan kənd təsərrüfatı üzrə logistik mərkəzlərin, iribuynuzlu heyvandarlıq komplekslərinin, çörək zavodlarının, meyvə, ət və süd emalı müəssisələrinin, üzümçülük təsərrüfatlarının və s. sahələr üzrə investisiya layihələri maliyyələşdirilmiş, 21 mindən çox yeni iş yerinin açılması imkanı yaradılmışdır.

Həmçinin, indiyədək Gəncə şəhərindən olan 429 sahibkara 29,2 milyon manat güzəştli kredit verilmişdir ki, bu kreditlər hesabına 4000-ə yaxın yeni iş yerləri yaradılmışdır.

İşgüzar forum çərçivəsində Gəncə şəhəri və ətraf rayonlardan olan 70-dən çox sahibkara 1,5 milyon manat güzəştli kredit verilmişdir. Bu kreditlərin reallaşdırılması hesabına 150-ə yaxın yeni iş yerinin açılması mümkün olacaq.

Tədbirdə sahibkarlarla müvəkkil kredit təşkilatlarının nümayəndələri arasında investisiya layihələri barədə işgüzar müzakirələr aparılmışdır.

Forum çərçivəsində Gəncə şəhərində xalça və trikitaj məhsulları istehsalı müəssisəsinin fəaliyyətinə baxış keçirilmişdir.

Gülnarə Zeynalova
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri