30 
Avq
2014
11:05
42
26
1712
Virtual karabakh

Kənd Təsərrüfatı Nazirliyindən Rusiyaya daşınan məhsullarımız haqda - AÇIQLAMA

30 Avq, 2014
11:05
1712

Kənd Təsərrüfatı Nazirliyindən Rusiyaya daşınan məhsullarımız haqda - AÇIQLAMA

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Avqustun 30-da paytaxtın bəzi bazarlarında monitorinqlər aparacağıq”.

Qərb ölkələrinin Rusiyaya sanksiya tətbiq etməsindən sonra Azərbaycandan ərzaq idxalını artırması yerli bazarlarda bahalaşmaya səbəb olub.

Oxu.Az Yeni Müsavat”a istinadən xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev açıqlama verib:

“Daxili bazara da məhsullar istənilən qədər çıxır, əhalinin tələbatı da ödənilir. Bazarlarda, yarmarkalarda, bəzi topdansatış yerlərində biz monitorinqlər keçirmişik. Meyvə və tərəvəz məhsullarında biz elə bir qiymət artımı müşahidə etməmişik, hiss olunacaq dərəcədə bahalaşma yoxdur, normal qiymətlərdir. Təbii ki, kənd təsərrüfatı məhsullarının istehsalı mövsümi xarakter daşıdığından bəzilərinin bazara çıxışı azalır. Məsələn, bostan məhsullarından qarpızın, yemişin mövsümü artıq başa çatmaq üzrədir. Bu il çox aşağı qiymətlərə əhali bu məhsulları ala bildi. Ancaq bu həftə artıq bu məhsulların qiymətində artım müşahidə elədik”.

KTN-nin mətbuat xidmətinin rəhbəri yerli məhsulların Rusiya bazarına ixrac edilməsini fermerlərin iqtisadi imkanları baxımından müsbət qiymətləndirdi:

“Biz kənd təsərrüfatı məhsullarını idxal da edirik, ixrac da. Bazar iqtisadiyyatı şəraitində heç bir məhdudiyyətdən söhbət gedə bilməz. Əksinə, bu proses fermerlərin varlanmasına, iqtisadi imkanlarının yaxşılaşmasına gətirib çıxaracaq. Hər zaman fermerlərlə görüşdə kənd təsərrüfatı məhsullarının istehsalçıları məsələ qaldırırdılar ki, məhsulları əkib-becəririk, ancaq sata bilmirik. Ancaq indi həm daxili bazara çıxara bilirlər, həm də Rusiya bazarına. Bu da fermerlərin marağının artmasına səbəb olur və daha çox məhsul istehsal etməyə həvəsləndirir”.

Ət və süd məhsullarının qiymətinin artacağı ilə bağlı proqnozlara gəlincə, Murtuzəli Hacıyev bildirdi ki, hazırda bu məhsulların qiyməti stabil olaraq qalır və bahalaşma gözlənilmir.

M.Hacıyevin sözlərinə görə, nazirliyin nümayəndələri avqustun 30-da paytaxtın bəzi bazarlarında monitorinqlər aparacaq, yerli bazarlarda durumla maraqlanacaqlar.

www.oxu.az

 

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri