30 
Avq
2014
13:20
48
27
891
Virtual karabakh

SOCAR Rumıniyada daha bir YDM istifadəyə verib

30 Avq, 2014
13:20
891

SOCAR Rumıniyada daha bir YDM istifadəyə verib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

YDM-də Benzin-95 və Dizel Euro-5 tipli yanacaq məhsullarının satışı həyata keçirilir.

Rumıniyanın Ramnicu Valcea şəhərində “SOCAR” brendi altında fəaliyyət göstərən ilk yanacaq doldurma məntəqəsi istifadəyə verilib.

Oxu.Az APA-Economics-ə istinadən xəbər verir ki, Dövlət Neft Şirkətindən (SOCAR) verilən məlumata görə, geniş ərazini əhatə edən YDM-də Benzin-95 və Dizel Euro-5 tipli yanacaq məhsullarının satışı həyata keçirilir.

Məntəqədə quraşdırılmış 3 sayğac 4 kiçik və 2 böyük (TIR) avtonəqliyyat vasitəsinin eyni vaxtda yanacaqla təmin edilməsi üçün şərait yaradır.

Bununla da Rumıniyada əhaliyə SOCAR brendi altında yüksək keyfiyyətli xidmət göstərən YDM-lərin sayı 29-a çatıb.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri