Sen
2014
12:32
109
14
3922
Virtual karabakh

İsrail Azərbaycan üçün hərbi gəmilər hazırlayacaq – FOTO

1 Sen, 2014
12:32
3922

İsrail Azərbaycan üçün hərbi gəmilər hazırlayacaq – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Katerlərin yığılması Bakıda həyata keçiriləcək.

İsrail Azərbaycana donanmasını gücləndirməkdə yardım edir. “İsrail sudoverfi” şirkəti bizim ölkəyə altı Shaldag Mk V nəzarət kateri və altı Saar 62 raket kateri çatdıracaq.

Oxu.Az AZE.az-a istinadən xəbər verir ki, IHS Jane's 360 ixtisaslaşmış jurnalı İsrailin Azərbaycana  hərbi-dəniz donanmasını möhkəmləndirməkdə yardım etməsi barədə məlumat dərc edib.

“İsrail sudoverfi” şirkəti Azərbaycana altı Shaldag Mk V nəzarət kateri və altı Saar 62 raket kateri çatdıracaq. Katerlər Azərbaycanın Sahil Mühafizəsində xidmət edəcək.

Qeyd edək ki, katerlərin yığılma prosesi Bakının Türkan qəsəbəsində yerləşən, 100 mütəxəssisin çalışdığı yeni gəmiqayırma zavodunda həyata keçiriləcək. Məlum olduğu kimi zavodda ikinci dərəcəli  sərhədyanı gəmilərin yığılması işi gedir.

Jane's xatırladır ki, hələ iyul ayında dövlət başçımızın mətbuat-xidməti tərəfindən S301 və S302 nömrəli Shaldag Mk V  katerlərin şəkilləri dərc edilib.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri