Sen
2014
12:20
0
3
619
Virtual karabakh

Gəncədə TSEK-in binaları əsaslı təmirdən sonra istifadəyə verilib - FOTO

1 Sen, 2014
12:20
619

Gəncədə TSEK-in binaları əsaslı təmirdən sonra istifadəyə verilib - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sosial obyektində müasir tələblərə uyğun şərait yaradılıb.

Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov nazirliyin Gəncə şəhər Əhalinin sosial müdafiəsi mərkəzinin (ƏSMM) və  Gəncə şəhər 25 saylı Tibbi-sosial ekspert komissiyasının (TSEK) əsaslı təmir edilərək müasir tələblərə uyğun qurulmuş iş şəraitləri ilə tanış olub.

Oxu.Az xəbər verir ki, Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, S.Müslümov nazirliyin bütün yerli strukturlarında belə normal iş şəraitinin yaradılmasının diqqətdə saxlandığını bildirib:

“Nazirlik sistemində çalışan hər bir əməkdaş layiqli iş şəraitində işləməlidir və biz bu istiqamətdə müvafiq işləri aparırıq. Bir qədər öncə Bakının Binəqədi rayonu üzrə 6 saylı TSEK-in əsaslı təmir olunaraq lazımi avadanlıqlarla təchiz edilmiş və müasir iş şəraiti ilə təmin olunmuş binasının açılışını etdik. Ümumiyyətlə, bu proses gedir və hansı qurumlarımızda ki, iş şəraiti baxımından çətinliklər var, orada müasir tələblərə uyğun şərait yaradılacaq”.

Nazir Gəncə şəhər ƏSMM-nin və 25 saylı TSEK-in kollektivlərinə onlar üçün yaradılan belə normal iş şəraiti müqabilində vətəndaşlara yüksək səviyyədə və şəffaf şəkildə xidmət göstərilməsi, hər bir vətəndaşın müraciətinə diqqət və qayğı ilə yanaşılması barədə tapşırıqlar verib.

Daha sonra S.Müslümov Gəncə şəhər Məşğulluq Mərkəzində yaradılan iş şəraiti ilə tanış olaraq, mərkəzin fəaliyyətinin gücləndirilməsi ilə bağlı müvafiq tapşırıqlar verib. Gəncə Regional Peşə Tədrisi Mərkəzində aparılan təmir işlərinin gedişi ilə də tanış olan nazir həmçinin Gəncə Pensiyaçılara Ərazi Sosial Xidmət Mərkəzində olub. Mərkəzdə dövlət himayəsində yaşayanların məişət şəraiti, qida, geyim və tibbi xidmətlə təminatı vəziyyətini yerindəcə öyrənən S.Müslümov 1970-ci illərdə istifadəyə verilən bu müəssisədə əsaslı təmir işlərinin aparılmasına ehtiyac olduğunu bildirib və bununla əlaqədar nazirliyin aidiyyatı struktur bölmələrinə göstərişlərini verib.

Gulnarə Zeynalova
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri