Sen
2014
18:45
26
13
2800
Virtual karabakh

SOCAR BP ilə iki Anlaşma Memorandumu imzalayıb – FOTO

1 Sen, 2014
18:45
2800

SOCAR BP ilə iki Anlaşma Memorandumu imzalayıb – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sənədlərdən biri yerli işçi qüvvəsinin təlimi ilə bağlıdır.

Bu gün Bakıda Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) və BP şirkəti arasında iki Anlaşma Memorandumunun imzalanma mərasimi baş tutub.

Oxu.Az APA-Economics-ə istinadən məlumatına görə, sənədlərdən biri yerli işçi qüvvəsinin təlimi və inkişafı, həmçinin insan resurslarının genişləndirilməsinə dair müqavilədir.

Digər müqavilə SOCAR və BP arasında razılaşdırılmış işəgötürmə və təyinat prosesinə dair Anlaşma Memorandumudur ki, bu sənəd Azərbaycanda BP Şirkətinin əməliyyatçılığı ilə həyata keçirilən bütün hasilatın pay bölgüsü haqqında sazişləri əhatə edir və işçilərin işə götürülməsi sahəsində əməkdaşlıq etmək üçün ümumi bir baza təqdim edir.

İlk müqaviləni SOCAR-ın kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov, BP tərəfdən isə kadr məsələləri üzrə Leyla Novruzova imzalayıblar.

İkinci sənədi BP tərəfdən şirkətin əlaqələr, şirkət xarici işlər və təhlükəsizlik üzrə vitse-prezidenti Hüseyn Məmmədov, SOCAR tərəfdən isə Xalik Məmmədov imza atıblar.

Sənədlər tərəflərin neft-qaz sənayesi ilə bağlı peşələr üzrə ixtisaslaşan yerli işçilər üçün təlim, tədrisi və inkişaf imkanının yaradılması istiqamətində əməkdaşlıq etmək öhdəliyinə sadiqliyini sübut edir.

İmzalanma mərasimində çıxış edən BP-nin kadrların milliləşdirilməsi üzrə nümayəndəsi Kamran Rzayev bildirib ki, imzalanan sənədə əsasən bir yerli işçi bir şirkətdən digər şirkətə keçə biləcək.

“Həmçinin BP SOCAR-ın Qobustan Təlim Tədris Mərkəzi ilə sıx əməkdaşlıq edəcək. BP burada yerli kadrlar da hazırlayacaq”, - deyə o qeyd edib.

SOCAR-ın Sərmayələr İdarəsinin direktoru Teymur Mahmudov bildirib ki, bu saziş yerli bazarda iştirak edən peşəkar mütəxəssislərin bazasının qurulmasına xidmət edəcək:

“Bu saziş çərçivəsində BP Səngəçal terminalı yaxınlığındakı Səngəçal, Ümid, Əzimkənd və Qobustan qəsəbələrində yaşayan 100 nəfərin peşə və texniki təlimə dəstək olması barədə öhdəlik götürür. Onların 1 illik təlimi ilə bağlı təhsil haqqı və digər xərcləri BP və onun tərəfdaşları tərəfindən ödəniləcək”.

www.oxu.az

 

 

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri