17 
Sen
2014
11:22
6
52
3153
Virtual karabakh

Binalar arasındakı məsafə qısaldıldı

17 Sen, 2014
11:22
3153

Binalar arasındakı məsafə qısaldıldı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu qaydalar kənd ərazilərinə şamil edilməyəcək.

Nazirlər Kabineti “Ara məsafəsi ilə bağlı müfəssəl Qaydalar”da dəyişikliklər edib.

Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, binalar arasındakı məsafə qısaldılıb.

Belə ki, ara məsafəsi olaraq divar hündürlüyünün 0,6 hissəsi, xüsusi yaşayış ərazilərində (hərbi şəhərciklər, tələbə şəhərcikləri, müvəqqəti məskunlaşma əraziləri) divar hündürlüyünün 0,4 hissəsi, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 80-ci maddəsinə əsasən barəsində məlumatlandırma icraatı tətbiq edilən yaşayış evlərinə münasibətdə isə divar hündürlüyünün 0,3 hissəsi, yalnız sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün nəzərdə tutulmuş ərazilərdə və sənaye ərazilərində isə divar hündürlüyünün 0,25 hissəsi qəbul olunur.

Digər bir dəyişikliyə görə isə bu qaydalar kənd ərazilərinə şamil edilməyəcək.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri