17 
Sen
2014
15:05
39
7
1146
Virtual karabakh

Bakının nəqliyyat infrastrukturu İlk Avropa oyunlarına qədər vaxtında hazır olacaq

17 Sen, 2014
15:05
1146

Bakının nəqliyyat infrastrukturu İlk Avropa oyunlarına qədər vaxtında hazır olacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“İşlərin proqramı məsələlərin geniş spektorunu əhatə edir”.

""Bakı 2015" I Avropa Oyunlarının başlamasınadək nəqliyyat sektorunda həlli nəzərdə tutulan məsələlər müəyyən edilmiş vaxtda həll olunacaq

Oxu.Az Day.Az-a istinadən xəbər verir ki, bu barədə üçüncü gün jurnalistlərə Azərbaycan Nəqliyyat nazirinin müavini Musa Pənahov bildirib.

Onun sözlərinə görə, bu idman yarışı çərçivəsində görüləcək işlərin proqramı böyükdür və geniş məsələlər spektri əhatə edir.

Proqram çərçivəsində yol-nəqliyyat infrastrukturunun yenidən qurulması, idman obyektlərinin ətrafında parkinqlərin yaradılması, bu ərazilərdə ictimai nəqliyyat təminatı məsələlərinin həll edilməsi, paytaxtın ətraf ərazilərində regionlardan gələn avtomobillərin park edilməsi üçün parkinqlərin yaradılması və bir sıra başqa məsələlərin həlli nəzərdə tutulur.

Birinci Avropa oyunları Bakıda, 2015-ci ilin iyun ayının 12-dən 28-nə qədər keçiriləcək. Bu tədbirdə 20 növ idman təqdim ediləcək. Onlardan 16-sı olimpiya idmanı və 4-ü qeyri-olimpiya idman növüdür. Bütün Avropadan gələn altı mindən artıq idmançı 17 gün sürən yarışlarda öz ölkəsini təmsil edəcək (Trend).

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri