17 
Sen
2014
15:27
5
41
654
Virtual karabakh

Əmək müfəttişlərinin sayı artırılacaq

17 Sen, 2014
15:27
654

Əmək müfəttişlərinin sayı artırılacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Hazırda Azərbaycanda onların sayı cəmi 370 nəfərdir.

Azərbaycanda əmək müfəttişlərinin sayının artırılması təklif olunub.

Oxu.Az APA-Economics-ə istinadən xəbər verir ki, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bildirib ki, əmək müfəttişlərinin sayının artırılması məsələsi bu gün QHT-lərə Dövlət Dəstəyi Şurası ilə keçilmiş görüşdə də qaldırılıb:

“Azərbaycanda əmək müfəttişlərinin sayı cəmi 370 nəfərdir. Bu da çox aşağı rəqəmdir və Avropa standartlarından bir neçə dəfə geri qalır”.

Nazir vurğulayıb ki, Əmək və Əhalinin Sosial Nazirliyi bu məsələnin üzərində işləyir:

“Sosial işçilərin ixtisarı hesabına əmək müfəttişlərinin sayının artırılması, əmək bazarına nəzarətin gücləndirilməsi məsələləri, eləcə də əmək müfəttişlərinin istənilən vaxt əməyin təhlükəsizliyi ilə bağlı obyektləri yoxlaması istiqamətində hazırda biz öz tədqiqatlarımızı davam etdiririk”.

www.oxu.az

 

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri