17 
Sen
2014
16:01
7
60
2074
Virtual karabakh

Gəncədən Moskvaya uçuşlar dayandırıldı

17 Sen, 2014
16:01
2074

Gəncədən Moskvaya uçuşlar dayandırıldı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sərnişinlər arasında narazılıq yaranıb.

Gəncə Beynəlxalq Hava Limanıından Moskvaya uçuşlar təxirə salınıb.

Oxu.Az AzNews.az-a istinadən xəbər verir ki, sərnişinlərin verdiyi məlumata görə, iki gündür ki, Moskvaya heç bir təyyarə reysi işləmir. Uçuşlar təxirə salındığından sərnişinlər arasında narahatlıq yaşanıb.

Onlar hava limanında gecələməli olublar. Hava nəqliyyatında yaranan problemin səbəbləri açıqlanmadığından sərnişinlər arasında narazılıq yaranıb.

Məlumatı Azərbaycan Hava Yollarından AzNews.az-a təsdiqləyiblər.

“Azərbaycan Hava Yolları” QSC Moskvaya uçuşlarda yaranan gecikmələrin səbəbini açıqlayıb.

QSC-nin mətbuat xidmətinin rəhbəri Məhərrəm Səfərli bildirib ki, həmin təyyarədə nasazlıq olduğundan uçuş təxirə salınıb:

“Düzdür həmin təyyarə AZAL-a aid deyil. Ural aviaşirkətinə məxsus reysin gecikməsinin səbəbi təyyarədəki nasazlıq olub. Problem aradan qaldırılandan sonra reys bərpa olunacaq. Güman ki, bu gün sərnişinlər problem aradan qaldırılandan dərhal sonra həmin reyslə yola salınacaq”.

Uçuşların nə səbəbdən gecikməsi ilə bağlı rəsmi mövqeni az sonra yayımlayacağıq.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri