17 
Sen
2014
16:45
26
10
940
Virtual karabakh

“Qarant İnvest”in lisenziyasının alınması ilə bağlı xəbər həqiqəti əks etdirmir – AÇIQLAMA

17 Sen, 2014
16:45
940

“Qarant İnvest”in lisenziyasının alınması ilə bağlı xəbər həqiqəti əks etdirmir – AÇIQLAMA

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Şirkətin fəaliyyəti müvəqqəti dondurulub”.

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən “Qarant İnvest” Məhdud Məsuliyyətli Cəmiyyətinə broker fəaliyyəti üçün verilmiş lisenziyanın geri alınması ilə bağlı yayılan xəbərlər həqiqəti əks etdirmir.

Oxu.Az xəbər verir ki, bu barədə “Qarant İnvest” MMC-nin daxil olduğu “Garant Holding” şirkətlər qrupunun yaydığı məlumatda bildirilir.

Məlumatda qeyd olunur ki, “Qarant İnvest”ə verilən lisenizya geri alınmayıb və hazırda da qüvvədədir:

“Lakin “Qarant İnvest” MMC-nin tərkibinə daxil olduğu “Garant Holding” şirkətlər qrupunun rəhbərliyi Azərbaycan bazarında broker fəaliyyətini məqsədəuyğun hesab etmədiyi üçün bu sahədə işləri dayandırmaq qərarına gəlib. Məsələ ilə əlaqədar olaraq, holdinqin broker fəaliyyəti sahəsində işlərini həyata keçirən “Qarant İnvest” MMC şirkətinin fəaliyyəti müvəqqəti dondurulub və bu barədə Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi məlumatlandırılıb. Komitə isə öz tərəfindən lisenziyanı dayandırıb. Yəni, “Qarant İnvest” MMC istənilən vaxt öz fəaliyyətini bərpa edə bilər.

Beləliklə, söhbət 2011-ci ilin noyabr ayında “Qarant İnvest” MMC-yə verilmiş 5 illik lisenziyanın geri alınmasından getmir. Lisenziyanın geri çağırılması ilə bağlı yayılan xəbərlər həqiqəti əks etdirmir”.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri