17 
Sen
2014
16:18
40
7
1905
Virtual karabakh

“Wizz Air” təyyarələrinin Bakıya uçuş müddəti uzadıla bilər

17 Sen, 2014
16:18
1905

“Wizz Air” təyyarələrinin Bakıya uçuş müddəti uzadıla bilər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Macarıstan aviaşirkəti Azərbaycanda artıq bir ildən çoxdur fəaliyyət göstərir.

Azərbaycan və Macarıstan hava nəqliyyatı haqqında yeni saziş imzalaya bilərlər. Həmin sazişə əsasən, Macarıstanın “Wizz Air” aviaşirkətinin təyyarələrinin Bakıya uçuş müddəti uzadılacaq.

Oxu.Az Day.az-a istinadən xəbər verir ki, bu barədə Macarıstanın ölkəmizdəki səfiri Jolt Çutora bildirib.

Diplomat xatırladıb ki, “Wizz Air” Azərbaycanda artıq bir ildən çoxdur fəaliyyət göstərir:

“Aviaşirkətin təyyarələri həftədə iki dəfə Bakı-Budapeşt-Bakı marşrutu üzrə uçuşlar yerinə yetirirlər. Oktyabrın 26-da iki ölkənin Mülki Aviasiya administrasiyaları arasında imzalanmış əməkdaşlıq haqqında memorandumun müddəti başa çatır. Memorandumun ilk fəaliyyət müddəti 2014-cü il aprelin 18-də başa çatıb və üç ay müddətinə uzadılıb. Daha sonra Macarıstan tərəfi Azərbaycan hökumətinə aviaşirkətin təyyarələrinin uçuş müddətinin uzadılması barədə müraciət edib. Gələn həftə Azərbaycan nümayəndə heyəti yeni sazişin mətnini razılaşdırmaqdan ötrü Budapeştə səfər edəcək. Paraflanmadan sonra saziş Azərbaycan hökumətinin nümayəndə heyətinin Macarıstana səfəri çərçivəsində imzalanacaq”.

Onun sözlərinə görə, “Azərbaycan Hava Yolları” QSC (AZAL) də Bakı-Budapeşt-Bakı marşrutu üzrə hava nəqliyyatını həyata keçirməyi planlaşdırır və bütün detallar Budapeştdə danışıqların yekunundan sonra məlum olacaq.

Hazırda Macarıstan aviaşirkətinin “Airbus” təyyarələri bazar ertəsi və cümə günləri Budapeştdən Bakıya, çərşənbə axşamı və şənbə günləri isə Bakıdan Budapeştə uçuşlar həyata keçirirlər.

J.Çutoranın sözlərinə görə, bundan əlavə, turistlərin böyük axını ilə əlaqədar səfirlik payızda konsulluq şöbəsinin fəaliyyətini genişləndirməyi planlaşdırır.

Səfir qeyd edib ki, payızın sonunda Macarıstanın Azərbaycandakı səfirliyinin konsulluq şöbəsi viza alınması üçün pasportların qəbulunu Macarıstan şirkətlərindən birinin idarə etdiyi Viza Mərkəzinə tapşıracaq ki, bu da Azərbaycan vətəndaşlarının Macarıstan vizası alması prosedurunu xeyli asanlaşdıracaq (Trend).

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri