29 
Sen
2014
11:13
44
4
1125
Virtual karabakh

Bakı-Tbilisi-Qars dəmir yolunun Gürcüstan hissəsində əsas işlər yekunlaşır

29 Sen, 2014
11:13
1125

Bakı-Tbilisi-Qars dəmir yolunun Gürcüstan hissəsində əsas işlər yekunlaşır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Tunelin 960 metri artıq çəkilib.

Bakı-Tbilisi-Qars dəmir yolunun Gürcüstan hissəsində əsas işlər artıq başa çatmaqdadır.

Oxu.Az SalamNews-a istinadən xəbər verir ki, Gürcüstan ərazisindəki Axalkalaki- Kartsaxi-Türkiyə ilə sərhəd hissəsinin uzunluğu 26,3 kilometrdir, “Gruziya Online” xəbər portalı yazır.

Xatırladaq ki, Türkiyə-Gürcüstan sərhəddində dəmiryolu tunelinin uzunluğu 4450 metr təşkil edir. Bunun 2560 kilometri Türkiyə ərazisinə düşür. Artıq Türkiyə ərazisində tunelin tikintisi başa çatıb. Tunelin Gürcüstan hissəsinin uzunluğu 2070 kilometrdir. Tunelin 960 metri artıq çəkilib. Son 5 ayda dəmir yolunun 70 kilometrliyində işlər başa çatıb ki, bu da Gürcüstan üçün rekord göstəricidir.

Qeyd edək ki, Bakı-Tbilisi-Qars dəmiryolu Gürcüstan-Azərbaycan-Türkiyə dövlətlərarası sazişi əsasında tikilir və Azərbaycan Dövlət Neft Fondu Azərbaycan-Gürcüstan hissəsinin tikintisi üçün 775 milyon dollar məbləğində kredit ayırıb.

Bildirək ki, BTQ dəmir yolunun 2015-ci ildə istifadəyə verilməsi nəzərdə tutulub.

www.oxu.az

 

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri