30 
Sen
2014
16:31
63
9
3073
Virtual karabakh

Bakıda qurbanlıq heyvanların satışı yarmarkalarının ünvanları – SİYAHI

30 Sen, 2014
16:31
3073

Bakıda qurbanlıq heyvanların satışı yarmarkalarının ünvanları – SİYAHI

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Oktyabrın 4-dən etibarən yarmarkalar fəaliyyətə başlayacaq.

Oktyabrın 4-də səhər saatlarından etibarən Qurban Bayramı ilə əlaqədar İqtisadiyyat və Sənaye Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti və digər aidiyyəti dövlət orqanlarının heyvandarlıqla məşğul olan sahibkarlarla birlikdə Bakı şəhərində və Bakıətrafı qəsəbələrdə təşkil etdiyi qurbanlıq heyvanların satış yarmarkaları fəaliyyətə başlayacaq.

Oxu.Az xəbər verir ki, bu barədə İqtisadiyyat və Sənaye Nazirliyindən verilən məlumata görə, satış yarmarkalarında qurbanlıq heyvanlar bazara nisbətən daha ucuz qiymətə təklif olunacaq.

Satış yarmarkaları oktyabrın 4-5-də keçiriləcəkdir.

Qurbanlıq heyvanların satışının təşkil olunacağı ünvanlar:

Qaradağ rayonu: Lökbatan qəsəbəsi, “Meyvəli” bazarının yanı; Sahil qəsəbəsi, Mədəniyyət evinin yanı;

Səbail rayonu: Bibiheybət yolu, “Azpetrol” yanacaqdoldurma məntəqəsinin yanı; 20-ci sahə dairəsi, Ticarət cərgəsinin arxasındakı boş sahə;

Yasamal rayonu: Şərifzadə küçəsi, 196, “İdeal” şadlıq sarayının həyəti;

Binəqədi rayonu: 8-ci mikrorayon, C.Xəndan küçəsi və Atatürk prospektinin kəsişməsi; Rəsulzadə qəsəbəsi, Binəqədi şosesi, “Zəngəzur” şadlıq evi ilə üzbəüz; Biləcəri qəsəbəsi, T.Yaqubov 12 A, (Bələdiyyənin qarajı); Binəqədi qəsəbəsi, 3-cü mədən küçəsi, korpus 78, Qəsəbə mərkəzi;

Nərimanov rayonu: Əliyar Əliyev küçəsi, 26, F.X.Xoyski prospekti ilə kəsişmədə;

Nizami rayonu: R.Rüstəmov və M.Əliyev küçələrinin kəsişməsi, “Neolit” restoranının yaxınlığında;

Xətai rayonu: Nobel prospekti, “Nargilə” kafesinin yanı; M.Hadi küçəsi, Ukrayna dairəsində; Mehmandarov küçəsi, 72, Elektrik yarımstansiyasının yaxınlığında;

Sabunçu rayonu: Zabrat-Maştağa yolunun sol tərəfi, Olimpiya İdman Kompleksinin yanı; Sabunçu qəsəbəsi, Şəhər Şossesi, “ABU” yanacaqdoldurma məntəqəsinin yanı;

Suraxanı rayonu: Zığ qəsəbəsi, Hatəm Allahverdiyev küçəsi, Tikiş sexinin yanı; Əmircan qəsəbəsi, Malik Mustafayev küçəsi, “Neftçi” stadionunun yanı; Hövsan qəsəbəsi, Oqtay Şabanov küçəsi, Maral heykəlinin yanı; Yeni Günəşli qəsəbəsi, V yaşayış massivi ;

Xəzər rayonu: Binə qəsəbəsi, Əliağa Vahid küçəsi 9, (yolun solu); Qala qəsəbəsi, Dəmiryolçular küçəsi 41, (Qala bələdiyyəsinin inzibati binasının qarşısı);  Mərdəkan qəsəbəsi, Yesenin küçəsi, döngə 3.

Gülnarə Zeynalova
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri