16 
Okt
2014
10:27
43
3
1365
Virtual karabakh

Bakıda İpək Yoluna həsr olunmuş beynəlxalq konfrans keçirilir

16 Okt, 2014
10:27
1365

Bakıda İpək Yoluna həsr olunmuş beynəlxalq konfrans keçirilir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Tədbirdə Avropa və Asiya ölkələri, təşkilatlar və maliyyə institutları iştirak edirlər.

Oktyabrın 16-da Bakıda “Bakı-Tbilisi-Qars dəmir yolu xətti: tarixi İpək Yolunun inkişafında yeni imkanlar” mövzusunda Beynəlxalq konfrans işə başlayıb.

Oxu.Az AzərTAc-a istinadən xəbər verir ki, Heydər Əliyev Mərkəzində keçirilən konfransda region, Avropa və Asiya ölkələri, beynəlxalq təşkilatlar və maliyyə institutlarının nümayəndələri iştirak edirlər.

Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttinin beynəlxalq və regional əhəmiyyəti, perspektivləri, Azərbaycanın nəqliyyat imkanları və tranzit potensialı barədə dünya ictimaiyyətinin daha geniş məlumatlandırılması, Avropa ilə Asiya arasında səmərəli nəqliyyat qovşağı kimi ölkəmizin beynəlxalq nüfuzunun və etibarının daha da möhkəmləndirilməsi beynəlxalq konfransın əsas məqsədlərindəndir.

Konfrans yeni dəmir yolu xəttinə yük və sərnişin axınlarının cəlb edilməsi, nəticə etibarilə Avropa-Qafqaz-Asiya (TRASECA) beynəlxalq nəqliyyat dəhlizinin rəqabət qabiliyyətliliyinin yüksəldilməsi baxımından da mühüm əhəmiyyət daşıyır.

Konfrans Azərbaycan Prezidenti İlham Əliyevin konfrans iştirakçılarına müraciətinin oxunması ilə başlayıb.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, müraciəti baş nazirin müavini Abid Şərifov oxuyub.

Müraciətdə qeyd olunub ki, şərq-qərb və şimal-cənub beynəlxalq dəhlizlərin qovşağında yerləşən, əlverişli coğrafi mövqeyə malik Azərbaycan nəqliyyat xidmətlərini inkişaf etdirir, müasir infrastruktur qurur, yük daşımaların idarə olunması, mexanizmini təkmilləşdirir və beynəlxalq nəqliyyat sisteminə inteqrasiyanı genişləndirir, bu yaxınlarda Bakı-Tiflis-Qars dəmir yolu xətti istifadəyə veriləcək

“İqtisadi baxımdan səmərəli, dayanıqlı, təhlükəsizlik və ekoloji normalara uyğun olan bu dəmir yolu bağlantısı nəqliyyatın inkişafında yeni mərhələnin başlanğıcı deməkdir. Bu xətt multimodal imkanlarını genişləndirəcək, sərnişin və yük daşımaların həcmini artmasını təmin edəcək”.

Ölkə başçısının müraciətində o da qeyd olunub ki, beynəlxalq standartlar səviyyəsində yeni Bakı Beynəlxalq Dəniz Limanı kompleksinin bərə terminalı bu yaxınlarda fəaliyyətə başlayıb:

“Mərhələlərlə limanın yükaşırımı gücü ildə 25 milyon tona və 1 milyon konteynerə bərabər olacaqdır”.

Qeyd edək ki, Gürcüstan, Azərbaycan və Türkiyə dəmir yolu dəhlizinin yaradılmasına dair hökumətlərarası sazişi 2007-ci il fevralın 7-də imzalayıblar.

Layihəyə 68 kilometri Türkiyə, 30 kilometri isə Gürcüstan ərazisindən keçəcək 98 kilometr uzunluğunda Qars-Axalkalaki dəmir yolunun tikintisi, həmçinin Gürcüstanda 183 kilometrlik Axalkalaki-Tbilisi hissəsinin yenidən qurulması daxildir. Gürcüstan hissəsinin tikintisi bu ölkəyə, ümumilikdə, 775 milyon dollar məbləğində iki güzəştli kredit ayırmış Azərbaycan tərəfindən maliyyələşdirilir.

Bu ilin sonunadək BTQ dəmir yolu ilə Türkiyə sərhədinədək ilk işçi qatarın yola salınması nəzərdə tutulur. Ümumiyyətlə, bu nəqliyyat dəhlizinin 2015-ci ilin ikinci yarısında tam istifadəyə verilməsi planlaşdırılır.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri