20 
Okt
2014
13:29
99
22
14085
Virtual karabakh

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi - tıxacların əlacı - FOTO

20 Okt, 2014
13:29
14085

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi - tıxacların əlacı - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“NİİM-in kollektivinin bütün üzvləri öz üzərində daima işləyirlər”.

2011-ci ildə Prezident İlham Əliyevin sərəncamına əsasən Bakıda Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi yaradılıb.

Məqsəd yollarda nəqliyyatın hərəkətinə nəzarət etmək və tənzimləmədir. Mərkəz ən müasir texnologiyalardan istifadə edir və regionda aparıcı mərkəzlərdəndir. Biz mərkəzin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Şəfa Mehmanqızı ilə görüşdük.  

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin baş direktoru Elnur Abdullayev:

NİİM-in kollektivinin bütün üzvləri öz üzərində daima işləyirlər. Sistemin təkmilləşdirilməsi və inkişafı istiqamətində də işlər davam edir. Biz Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikası Baş Dövlət Yol Polisi İdarəsi, Bakı şəhəri Baş Dövlət Yol Polisi İdarəsi, Bakı şəhəri İcra Hakimiyyəti, “Azəryolservis” ASC və Nəqliyyat Nazirliyinin müvafiq mütəxəssisləri ilə əməkdaşlıq edir, inkişaf planları və gələcək planlar barədə müzakirələr aparırıq. Eləcə də 2015-ci ildə Bakıda keçiriləcək Olimpiada zamanı Sistemin gücləndirilmiş rejimdə işləməsi üçün müəyyən işlər aparılır.

Oxu.AzАutograph” jurnalının Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Şəfa Mehmanqızı ilə müsahibəsini təqdim edir.

- Şəfa xanım, mərkəzinizin məqsədi nədir?

- Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əsas məqsədi sərnişin və sürücülərin yollar, nəqliyyat axınının vəziyyəti barədə, məsələn, aparılan təmir-tikinti işləri, YNH, tıxaclar və s. haqqında informasiya ilə təmin edilməsidir.

- Bildiyim qədər mərkəz müasir avadanlıqla təchiz edilib. Hansı avadanlıqlardan istifadə edirsiz?   

- Biz iri küçə və prospektlərdə quraşdırılmış (CCTV) müşahidə kameralarından, eləcə də mühüm küçə kəsişmələrində yolların vəziyyəti barədə informasiyanın mətn və ya qrafik təsfirlərlə sürücülərə çatdırmaq üçün (VMS) elektron informasiya lövhələrindən istifadə edirik.

1 dəqiqə ərzində quraşdırıldığı ərazidə nəqliyyat vasitələrinin sayı, həcmi və hərəkətin orta sürəti barədə informasiyanı izləyən video-detektorlar (VVDS).

Nəqliyyatda quraşdırılmış avadanlıq – cihazlar avtobusun hal-hazırda olduğu yer haqqında məlumatı avtobus sürücülərinə çatdırır.

Avtobus informasiya terminalı – bu cihaz avtobus dayanacaqlarında avtobusun gələcəyi zaman haqqında informasiyanın sərnişinlərə çatdırılması üçün quraşdırılıb. Burada eləcə də qanunsuz parkinqə nəzarət üçün tıxac yaranan ərazilərdə nəzarət kameraları sistemi də quraşdırılıb. Bu kameraların yardımı ilə parkinq edən avtomobillərə nəzarət etmək mümkündür.

- Mərkəzinizdə nəhəng monitor quraşdırılıb. Onun ölçüləri nə qədərdir?

- Mərkəzdə quraşdırılmış sistem - “BARCO” dünyada ən iri monitorlardandır. Onun hündürlüyü 5 metr, eni isə - 24 metrdir, sahəsi isə 120 kvadratmetrdir.

- Mərkəziniz necə fəaliyyət göstərir?

- Mərkəz sutkada 24 saat fəaliyyətdədir. Bizim eləcə də sutka ərzində fəaliyyət göstərən, suallara cavab verən və vətəndaşların şikayət və təkliflərini qəbul edən “141” Qaynar Xətt xidmətimiz də mövcuddur.

- NİİM fəaliyyətə başladığı dövrdən hansı nailiyyətləri əldə edib?

- Statistikanın göstərdiyi kimi, İntellektual sistem yaradıldıqdan sonra küçələrdə tıxaclar azalıb, hərəkətin intensivliyi və orta sürət həddi artıb.

- Avtobus sürücülərinə necə nəzarət edirsiz? Bu, onların qayda pozmalarının qarşısını almağa imkan yaradırmı?

- Yuxarıda qeyd etdiyim kimi avtobuslarda iş qrafikinə, eləcə də sürücülərin sükan arxasında siqaret çəkmə, mobil telefonla danışma və marşrut dəyişmə kimi qayda pozmalarına nəzarət imkanı verən cihazlar quraşdırılır.

- Yollarda monitor işarələr necə çalışır?

- Quraşdırılmış avadanlıqlardan (video-detektorlar, avtobuslarda quraşdırılmış bort avadanlığı) əldə edilən məlumat mərkəzi serverdə incələnir və tədqiq edilir, avtomatik rejimdə elektron informasiya lövhələrinə (VMS) ötürülür.

- Yolların vəziyyəti haqqında məlumatı, məsələn, mobil telefonla necə ala bilərik?

- İnformasiyanı telefona proqram yükləyərək əldə etmək mümkündür. Bu zaman açar söz kimi  Baku ITC istifadə etmək lazımdır.

- Sürücülərə məlumatın ötürülməsi prosesi necə həyata keçirilir?

- Yolların cari vəziyyəti haqqında məlumat, Mərkəz nəzdində fəaliyyət göstərən 107.7 “AvtoFM” radiosunda hər yarım saatdan bir verilir. Bundan başqa, hər çərşənbə günü saat 17.00-da Mərkəzimizin, Yol Polis İdarəsinin eləcə də Dövlət Nəqliyyat Xidmətinin nümayəndəsinin iştirak etdiyi “Dispetçer” verilişi efirə çıxır. Onlar dinləyiciləri maraqlandıran bütün suallara cavab verirlər.

- Hərəkətə nəzarət işıqforların aktiv tənzimlənməsini tələb edir. Onların neçəsi sizin mərkəzdən tənzimlənir?

- İşıqforlar şəhərin mərkəzi küçələrinin 149 kəsişməsində quraşdırılmış kontrollerlər tərəfindən tənzimlənir.

- Yol hərəkətini və tıxaclardan çıxışı necə tənzimləyirsiz?

- Yol hərəkəti elə həmin kontrollerlərin köməyi ilə tənzimlənir və zamanın qrup planlaması müəyyənləşdirilir. Onlara Mərkəzin əməkdaşları tərəfindən nəzarət edilir, mütəmadi dəyişikliklər – işıqforların siqnallarının azaldılması və ya artırılması, fazaların artırılması həyata keçirilir.  

- Şəhərdə düzgün park edilməmiş avtomobillər böyük problemlər yaradır. Siz bununla necə mübarizə aparırsız və həmin sürücülərə hansı sanksiyaları tətbiq edirsiz?

- Nəqliyyatı İntellektual İdarəetmə Sisteminin digər yardımçı sistemləri ilə yanaşı, qanunsuz parkinqə nəzarət sistemi də mövcuddur. Onun tərkibinə qanunsuz parkinq səbəbindən tıxacların yarandığı ərazilərdə quraşdırılmış 44 kamera daxildir. Bu kameraların yardımı ilə park edilən avtomobillərə nəzarət etmək mümkündür. Hal-hazırda bu problemlə Yol Polisi məşğul olur.

- Gələcək planlarınız barədə?

- Perspektivdə sistemin Abşeron yarımadasını əhatə edən ikinci mərhələsidir, üçüncü mərhələ isə sistemin respublikanın digər şəhərlərində tətbiqi və inkişafıdır. Bundan başqa, Bakıda İlk Avropa Olimpiya Oyunlarının keçirilməsi ilə əlaqədar Mərkəzdə, nəqliyyat problemlərinin aşkar və həll edilməsini, eləcə də ictimai nəqliyyatın fasiləsiz işləməsini təmin edən nəqliyyat məsələləri üzrə qərargah yaradılıb.  

Noyabrda isə Gənclər və İdman Nazirliyi, Səhiyyə Nazirliyi, “ADDIM” Gənclər Təşkilatı və Nəqliyyatın İntellektual İnkişaf Mərkəzi tərəfindən təşkil edilmiş “Road Safety Week” promo-aksiyasının keçirilməsi nəzərdə tutulur.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri