21 
Okt
2014
21:45
68
9
2596
Virtual karabakh

Bakı-Tbilisi-Qars: Şərqdən Qərbə gedən yol – VİDEO

21 Okt, 2014
21:45
2596

Bakı-Tbilisi-Qars: Şərqdən Qərbə gedən yol – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Nəqliyyat Nazirliyi yeni videoçarx təqdim etdi.

Azərbaycanın Nəqliyyat Nazirliyi Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin çəkilişinə həsr olunmuş videoçarx təqdim edib.

Oxu.Az xəbər verir ki, videoçarxda hazırda inşa işləri tamamlanma mərhələsində olan Bakı-Tbilisi-Qars layihəsi, layihənin Azərbaycan, Gürcüstan, Türkiyə, eləcə də Şərqin və Qərbin, Asiya və Avropanın digər dövlətləri üçün yaradacağı iqtisadi imkanlardan bəhs olunur. 

Qeyd edək ki, Gürcüstan, Azərbaycan və Türkiyə dəmir yolu dəhlizinin yaradılmasına dair hökumətlərarası sazişi 2007-ci il fevralın 7-də imzalayıblar.

Layihəyə 68 kilometri Türkiyə, 30 kilometri isə Gürcüstan ərazisindən keçəcək 98 kilometr uzunluğunda Qars-Axalkalaki dəmir yolunun tikintisi, həmçinin Gürcüstanda 183 kilometrlik Axalkalaki-Tbilisi hissəsinin yenidən qurulması daxildir. Gürcüstan hissəsinin tikintisi bu ölkəyə, ümumilikdə, 775 milyon dollar məbləğində iki güzəştli kredit ayırmış Azərbaycan tərəfindən maliyyələşdirilir.

Bu ilin sonunadək BTQ dəmir yolu ilə Türkiyə sərhədinədək ilk işçi qatarın yola salınması nəzərdə tutulur. Ümumiyyətlə, bu nəqliyyat dəhlizinin 2015-ci ilin ikinci yarısında tam istifadəyə verilməsi planlaşdırılır.

BTQ Azərbaycan üçün həm siyasi, həm iqtisadi, həm də strateji baхımdan böyük bir əhəmiyyət daşıyır. Dəmiryolu vasitəsi ilə Azərbaycan beynəlхalq nəqliyyat dəhlizlərinə və Türkiyəyə birbaşa gediş əldə edəcək. Dəmiryolu ilə bir günə Qarsa və iki gün yarıma İstanbula getmək mümkün olacaq. Bakı-Tbilisi-Qars dəmiryolu Bakı-Tbilisi-Ceyhan boru xəttindən sonra Azərbaycanın iqtisadiyyatını daha da inkişaf etdirəcək.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri