22 
Okt
2014
12:06
5
32
1362
Virtual karabakh

Azərbaycanın 23 rayonu qazsız qalacaq

22 Okt, 2014
12:06
1362

Azərbaycanın 23 rayonu qazsız qalacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Fasilə təmir-quraşdırma işlərinin aparılması ilə əlaqədardır.

Bu gün Azərbaycanın 23 rayonunun qaz təchizatında məhdudiyyətlər olacaq.

Oxu.Az xəbər verir ki, bu barədə APA-Economics-ə “Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Məlumata görə, bu gün saat 13:00-dək Xaçmaz rayonunun bir hissəsinə, 14:00-dək Nərimanov rayonunun bir hissəsinə, 15:00-dək Qazax rayonunun bir hissəsinə, 16:00-dək Xızı rayonunun bir hissəsinə, saat 12:00-dan 14:00-dək Göygöl rayonunun bir hissəsinə, saat 13:00-dan 15:00-dək Ağcabədi rayonunun bir hissəsinə, saat 18:00-dək Tərtər rayonuna, Bərdə, Ağdam, Lənkəran, Masallı və Şamaxı rayonlarının bir hissəsinə, saat 16:00-dan 18:00-dək Beyləqan və Gədəbəy rayonlarının bir hissəsinə, işlər başa çatanadək isə Binəqədi, Balakən, Zaqatala, Qaradağ, Abşeron, Nəsimi, Xəzər və Nizami rayonlarının bir hissəsinə, həmçinin bu gündən başlayaraq 24 oktyabr 2014-cü il tarixədək Hacıqabul rayonunun Udulu kəndi və Muğan qəsəbəsinə təbii qazın verilişində fasilələr yaranacaq.

İB-dən bildirilib ki, fasilə qaz nəqli sistemində və qaz şəbəkəsində təmir-quraşdırma işlərinin aparılması ilə əlaqədardır. 

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri