22 
Okt
2014
13:36
25
28
1155
Virtual karabakh

İlham Əliyev Həştərxan vilayətinin qubernatorunu qəbul etdi

22 Okt, 2014
13:36
1155

İlham Əliyev Həştərxan vilayətinin qubernatorunu qəbul etdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Aleksandr Jilkin Azərbaycanda səfərdədir.

Azərbaycan prezidenti İlham Əliyev Rusiyanın Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Oxu.Az AzərTAc-a istinadən xəbər verir ki, görüşdə Azərbaycanla Rusiya arasında ikitərəfli münasibətlərin bütün sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb, ölkəmizin Rusiyanın ayrı-ayrı subyektləri, o cümlədən Həştərxan vilayəti ilə əməkdaşlığının genişlənməsindən məmnunluq ifadə olunub, habelə bu yaxınlarda Həştərxanda Xəzəryanı ölkələrin dövlət başçılarının IV Sammitinin keçirilməsinin bu ölkələr arasında əlaqələrin inkişafı işinə xidmət etdiyi bildirilib.

Qubernator A.Jilkin isə Heydər Əliyev Fondu tərəfindən Həştərxanda həyata keçirilən layihələri yüksək qiymətləndirib və bu layihələrin vilayətin əhalisi tərəfindən böyük rəğbətlə qarşılandığını qeyd edib.

Görüşdə Azərbaycanla Rusiyanın Həştərxan vilayəti arasında əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, Azərbaycan Həştərxan vilayəti üçün – Xəzəryanı regionda əsas və ənənəvi partnyorlardandır. 2014-cü ilin yanvar-sentyabr aylarında Azərbaycan və Həştərxan vilayəti arasında keçən ilin analoji dövrü ilə müqayisədə mal dövriyyəsi 1,7 dəfə artıb.

Azərbaycan istiqamətində Həştərxan biznesinin fəallığının artması müşahidə edilir. Bu gün üçün Xəzər üzrə qonşu-şəhərlər arasında dəmiryolu və avtobus yolları yaradılıb, sentyabrda birbaşa aviareyslər bərpa edilib.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri