22 
Okt
2014
15:00
5
0
426
Virtual karabakh

Nazirlik 3 min nəfərə yaxın vətəndaşı peşə hazırlığına cəlb edib

22 Okt, 2014
15:00
426

Nazirlik 3 min nəfərə yaxın vətəndaşı peşə hazırlığına cəlb edib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Yenidən hazırlıq və ixtisasartırma kursları təşkil olunur.

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti (DMX) tərəfindən işsiz və işaxtaran vətəndaşların məşğulluq imkanlarının artırılması və əmək bazarına çıxışının asanlaşdırılması məqsədilə peşə hazırlığı, yenidən hazırlıq və ixtisasartırma kursları təşkil olunur.

Oxu.Az xəbər verir ki, nazirlikdən verilən məlumata görə, cari ilin yanvar-sentyabr aylarında DMX orqanları tərəfindən Bakıda, həmçinin respublikanın rayon və şəhərlərində dərzi, kompyuter istifadəçisi, kompyuterçi-dizayner, bərbər, qaynaqçı, tikişçi, qənnadçı və s. peşələr üzrə 168 peşə hazırlığı kursu təşkil edilib.

Onlardan 11-i modul, qalanları ənənəvi təlim proqramları əsasında və təcrübəli peşə təlimi mütəxəssisləri tərəfindən aparılıb.

Kurslara ümumilikdə 2982 nəfər işsiz və işaxtaran vətəndaş cəlb olunub.

Gülnarə Zeynalova
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri