22 
Okt
2014
15:20
43
8
2198
Virtual karabakh

Ermənistanın Bakı-Tbilisi-Qars layihəsinə qoşulması şərti açıqlandı

22 Okt, 2014
15:20
2198

Ermənistanın Bakı-Tbilisi-Qars layihəsinə qoşulması şərti açıqlandı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Arif Əsgərov bəyanatla çıxış edib.

Ermənistanın Bakı-Tbilisi-Qars dəmir yolu xəttinə qoşulması məsələsi yalnız Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasından sonra nəzərdən keçirilə bilər.

Oxu.Az xəbər verir ki, bu barədə jurnalistlərə “Azərbaycan Dəmir Yolları” QSC-nin rəhbəri Arif Əsgərov bildirib.

A.Əsgərovun sözlərinə görə, hazırda bu layihəyə Ermənistandan başqa istənilən digər bir ölkə qoşula bilər.

Xatırladaq ki, bir müddət əvvəl Qazaxıstan və Əfqanıstan BTQ layihəsinə qoşulmaqda maraqlı olduqlarını bildirmişdilər.  

Qeyd edək ki, Gürcüstan, Azərbaycan və Türkiyə dəmir yolu dəhlizinin yaradılmasına dair hökumətlərarası sazişi 2007-ci il fevralın 7-də imzalayıblar.

Layihəyə 68 kilometri Türkiyə, 30 kilometri isə Gürcüstan ərazisindən keçəcək 98 kilometr uzunluğunda Qars-Axalkalaki dəmir yolunun tikintisi, həmçinin Gürcüstanda 183 kilometrlik Axalkalaki-Tbilisi hissəsinin yenidən qurulması daxildir. Gürcüstan hissəsinin tikintisi bu ölkəyə, ümumilikdə, 775 milyon dollar məbləğində iki güzəştli kredit ayırmış Azərbaycan tərəfindən maliyyələşdirilir.

Bu ilin sonunadək BTQ dəmir yolu ilə Türkiyə sərhədinədək ilk işçi qatarın yola salınması nəzərdə tutulur. Ümumiyyətlə, bu nəqliyyat dəhlizinin 2015-ci ilin ikinci yarısında tam istifadəyə verilməsi planlaşdırılır.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri