22 
Okt
2014
16:48
5
1
628
Virtual karabakh

Qiymətli kağızlar bazarında yenilik tətbiq olunacaq

22 Okt, 2014
16:48
628

Qiymətli kağızlar bazarında yenilik tətbiq olunacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Bu sistemin üstünlükləri çoxdur”.

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) qiymətli kağızlar bazarında manipulyasiyaların qarşısını almaq üçün əqdlərə onlayn nəzarət edəcək.

Oxu.Az AzərTAc-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə məlumat verən komitənin tədavülün tənzimlənməsi şöbəsinin müdiri Ağahüseyn Xudaverdiyev 2015-ci ildə yaradılması və tətbiqi nəzərdə tutulan bu sistemin üstünlüklərindən danışıb.

“Hazırda ticarətə onlayn nəzarət olunmadığından bir sıra manipulyasiyaların qarşısını almaq mümkün deyil. Odur ki, bu müasir sistemi tətbiq etməyi nəzərdə tuturuq. Bu sistem vasitəsilə ticarətə real vaxt rejimində nəzarət etmək mümkün olacaq. Məlumatlar daha dərindən təhlil ediləcək və qabaqlayıcı tədbirlərin gücləndirilməsinə şərait yaranacaq”-deyə şöbə müdiri bildirib.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri