22 
Okt
2014
17:50
1
1
822
Virtual karabakh

İnvestorlara – ŞAD XƏBƏR

22 Okt, 2014
17:50
822

İnvestorlara – ŞAD XƏBƏR

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Bizim üçün bu, böyük və çox vacib layihədir”.

Azərbaycan Respublikası Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) qiymətli kağızlar bazarında Vahid Məlumat Resursunu yaradaraq, tətbiq etməyi planlaşdırır.

Oxu.Az Marja-ya istinadən xəbər verir ki, bunu jurnalistlərə Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin Aparat rəhbəri Bəxtiyar Əzizov Komitədə təşkil edilmiş “Açıq qapı günü”ndə bildirib.

O qeyd edib ki, qanunvericilik ilə açıqlanması tələb olunan bütün məlumatlar həmin sistem vasitəsilə açıqlanacaqdır.

“Vahid Məlumat Sisteminin yaradılması bizim üçün böyük və çox vacib layihədir. Artıq onun üzərində çalışırıq. Düşünürəm ki, yeni ildən buna nail olacağıq. İnvestorlar maraqlandıqları  bütün məlumatları bir mənbədən əldə edə biləcəklər”.

“Açıq qapı günü”ndə Komitənin Tədavülün tənzimlənməsi şöbəsinin müdiri Ağahüseyn Xudaverdiyev təqdimat ilə çıxış edərək bildirib ki, qiymətli kağızlar bazarında Vahid Məlumat Resursu 2015-ci ildən işə düşəcəkdir:

“Vahid Məlumat Resursunun yaradılmasında məqsəd məlumatların dəqiq və dolğun şəkildə vaxtında açıqlanmasını təmin etmək,  yarana biləcək informasiya çatışmazlığını aradan qaldırmaq, investorların informasiya əlaqəsinin effektivliyini artırmaq və məlumatların bir mənbədən ödənişsiz qaydada əldə edilməsi imkanı təmin etməkdir”.

A.Xudaverdiyev əlavə edib ki, Vahid Məlumat Resursu  inkişaf etmiş və etməkdə olan ölkələrdə qiymətli kağızlar bazarının atributu kimi çıxış edir:

“Hal-hazırda Azərbaycanda mövcud qanunvericilik 50-yə yaxın məlumatın açıqlanmasını tələb edir. Amma qanunda məlumatların bir resurs vasitəsilə açıqlanması barədə tələb qoyulmayıb.  Bu da, investorların məlumatların alınmasında çətinliklər ilə qarşılaşmalarına səbəb olur. Bu çətinliyi aradan qaldırmaq üçün Vahid Məlumat Resursu yaradılacaq”.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri