22 
Okt
2014
16:46
35
14
2299
Virtual karabakh

Rusiya naziri: Neftin qiyməti bir barel üçün 90-110 dollar qalxacaq

22 Okt, 2014
16:46
2299

Rusiya naziri: Neftin qiyməti bir barel üçün 90-110 dollar qalxacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Neftin dünya qiymətlərinin enməsinə səbəb o cümlədən spekulyasiya oyunudur”.

Neftin qiyməti yaxın zamanda neft istehsalçıları üçün sərfəli olan bir barel üçün 90-110 diapazonuna qayıdacaq.

Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın energetika naziri Aleksandr Novak bəyan edib.

O qeyd edib ki, bir barel üçün neftin qiyməti 80-90 dollara enərsə neftqaz sahəsində bir çox layihələr, o cümlədən ABŞ-da qeyri-rentabelli olacaq.

“Bu, neft təklifinin enməsinə səbəb olacaq”, - o qeyd edib.

Bundan başqa onun sözlərinə görə, Rusiyadan qazın hasilatı 2014-cü ildə 650 milyard kubmetr olacaq, 2013-cü ildə bu göstərici 668 milyard kubmetr idi.

Daha öncə Rusiya prezidenti Putin bəyan edib ki, əgər neftin qiyməti bir barel üçün 80 dollara düşərsə dünya iqtisadiyyatı dağılacaq.

Ekspertlər hesablayıblar ki, neftin qiymətində düşən hər dollar Rusiya büdcəsinin 2 milyard dollar azalması deməkdir.

Energetika nazirliyinin rəhbəri Aleksandr Novak bəyan edib ki, neftin dünya qiymətlərinin enməsinin səbəbi həmçinin spekulyasiya oyunudur.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri