23 
Okt
2014
09:47
54
5
1675
Virtual karabakh

Bakı-Bişkek-Bakı birbaşa reysi açılır

23 Okt, 2014
09:47
1675

Bakı-Bişkek-Bakı birbaşa reysi açılır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Reyslər həftədə iki dəfə həyata keçiriləcək.

2014-cü ilin oktyabr ayının 26-da “Bakı-Bişkek-Bakı” marşrutu üzrə birbaşa aviareysin açılışı olacaq, bu reys Azərbaycan Respublikasında (AR) “Bakı-Nyu-York -Bakı” reysi ilə uzlaşdırılacaq.

Oxu.Az Qırxızıstanın Xarici İşlər Nazirliyinə istinadən xəbər verir ki, reyslər “Azərbaycan hava yolları” QSC (AZAL) tərəfindən həftədə iki dəfə həyata keçiriləcək.

Bu eksperimental reys 2015-ci ilin mart ayının 28-nə qədər həyata keçiriləcək. reysin həyata keçirilməsinin iqtisadi faydalılğı təsdiq edilsə, AZAL gələcəkdə “Bakı-Bişkek-Bakı” reysini AR-da Berlin, Mayn Frankfurtu, AFR reysləri ilə uzlaşdırmağı planlayır.

“Bakı-Bişkek-Bakı” marşrutu üzrə planlaşdırılan reys yalnız nəqliyyat-lojistik mənada deyil eləcə də ticarət-iqtisadi və humanitar-mədəniyyət sahəsində əməkdaşlığın inkişafında mühüm rol oynayacaq.

“2014-cü ilin oktyabr ayının 26-da birbaşa reyslə Bakıdan Bişkekə birinci reysin açılışı münasibətilə təşkil edilən mətbuat konfransında iştirak etmək üçün AR-nın nazirliklərinin və idarələrin, işgüzar dairələrin, KİV-nin nümayəndələri gedəcəklər”, - məlumatda deyilir.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri