24 
Okt
2014
19:05
191
70
1238
Virtual karabakh

Ziya Məmmədov Mingəçevirdə vətəndaşları qəbul etdi - VİDEO

24 Okt, 2014
19:05
1238

Ziya Məmmədov Mingəçevirdə vətəndaşları qəbul etdi - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Nazir sakinlərin müraciətlərini dinlədi.

Prezident İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin həllinə kömək göstərirlər.

Oxu.Az AzərTAc-a istinadən xəbər verir ki, növbəti belə qəbul oktyabrın 24-də Mingəçevir şəhərindəki Heydər Əliyev Mərkəzində keçirilib.

Nəqliyyat naziri Ziya Məmmədov Mingəçevir şəhərinin və Samux rayonunun sakinlərini, eləcə də Mingəçevir şəhərində məskunlaşan məcburi köçkünləri qəbul edərək onların müraciətlərini dinləyib.

Nazir vətəndaşların müraciət və şikayətləri ilə əlaqədar aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verib, nəqliyyat sahəsində mövcud problemlərin araşdırılması və həll edilməsi üçün lazımi işlərin görüləcəyini bildirib.

Müraciətlər əsasən yolların təmiri, körpülərin salınması, Bakı-Mingəçevir sərnişin qatarının fəaliyyətinin bərpa edilməsi və digər məsələlərlə bağlı olub. Vətəndaşları narahat edən bəzi məsələlər yerindəcə həllini tapıb. Nazirliyin səlahiyyətlərinə aid olmayan digər müraciətlər isə müvafiq qurumlara çatdırılması üçün qeydiyyata alınıb.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri