24 
Okt
2014
16:23
31
8
1043
Virtual karabakh

“Azərsu” abunəçilərinin sayını açıqladı - FOTO

24 Okt, 2014
16:23
1043

“Azərsu” abunəçilərinin sayını açıqladı - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakı şəhəri üzrə bu göstərici 78,3 faiz təşkil edir.

“Azərsu” ASC ölkə üzrə 1 milyon 309 min abunəçiyə su təchizatı və kanalizasiya xidmətləri göstərir.

2014-cü ilin  yanvar-sentyabr aylarında respublika üzrə ümumilikdə 358 min nəfərin içməli su təchizatı əsaslı şəkildə  yaxşılaşdırılmışdır ki, bunun da 148 min nəfəri regionların payına düşür.

Oxu.Az xəbər verir ki, “Azərsu” ASC-nin mətbuat xidmətindən verilın məlumata görə, mərkəzləşdirilmiş qaydada su ilə təchiz olunan 199 min nəfərə içməli suyun verilməsi  intervalı artırılmışdır ki, bunun da 40 min nəfəri regionlarda yaşayan əhalidir. 

“9 ayda 159 min nəfər fasiləsiz içməli su ilə təmin edilmişdir ki, onların da 108 min nəfəri regionlarda yaşayır.  Yaşayış məntəqələrində infrastrukturların yaradılması nəticəsində yanvar-sentyabr ayları ərzində 156 min nəfər ilk dəfə mərkəzləşdirilmiş qaydada içməli su ilə təmin edilmişdir. Ötən müddətdə regionlarda ilk dəfə içməli su ilə təmin olunan əhalinin sayı 99 min nəfər təşkil edir.

2014-cü ilin 9 ayının yekunlarına görə hazırda ölkə üzrə istehlakçıların 62,5 faizi fasiləsiz rejimdə içməli su ilə təmin olunur. Bakı şəhəri üzrə bu göstərici 78,3 faiz təşkil edir. “Azərsu” ASC ölkə üzrə 1 milyon 309 min abunəçiyə su təchizatı və kanalizasiya xidmətləri göstərir”, - məlumatda deyilir.

Gülnarə Zeynalova
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri