24 
Okt
2014
20:15
12
54
1549
Virtual karabakh

Bakıdakı mağazada alıcıları aldadıblar

24 Okt, 2014
20:15
1549

Bakıdakı mağazada alıcıları aldadıblar

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qanun pozuntusuna yol vermiş fiziki şəxs barəsində qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülür.

İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Fətəli Xan Xoyski prospekti, ev 134, mənzil 31 ünvanında fəaliyyət göstərən fiziki şəxs Məmmədov Etibar Əli oğluna məxsus mağazada aparılan yoxlama zamanı qeyri-dəqiq reklamdan istifadə edilməklə istehlakçıların aldadılması halları müəyyənləşdirilmişdir.

Oxu.Az xəbər verir ki, nazirlikdən verilən məlumata görə, bu mağazada satışda olan bütün malların qiymətinə 30% endirim tətbiq edilməsi barədə mağazanın vitrin pəncərəsində reklam yayımlansa da, satışda olan bütün malların qiymətlərinə endirim tətbiq edilmədiyi aşkar olunmuşdur.

Bundan başqa, qeyd olunan reklamın aidiyyəti strukturlardan icazə alınmadan yayımlandığı da müəyyən edilmişdir.

Bununla əlaqədar, Dövlət Xidməti tərəfindən görülmüş tədbirlər nəticəsində qanunsuz reklamın yayımı dayandırılmışdır.

Qanun pozuntusuna yol vermiş fiziki şəxs Etibar Məmmədov barəsində qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülür.

Gülnarə Zeynalova
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri