24 
Okt
2014
17:41
31
13
2411
Virtual karabakh

Bu mağazalardan ərzaq almayın – SİYAHI

24 Okt, 2014
17:41
2411

Bu mağazalardan ərzaq almayın – SİYAHI

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dövlət Xidməti tərəfindən istehlaka yararsız məhsullar məhv edilib.

İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən mağazalarda növbəti monitorinqlər keşirilib.

Oxu.Az xəbər verir ki, nazirlikdən verilən məlumata görə, bu monitorinqlər zamanı:

Sumqayıt şəhərində: 18-ci məhəllə, H.Əliyev prospektində Afaq Piriyevaya məxsus mağazada saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan malların; 3-cü məhəllə, 27/10 ünvanında Ramiz Rəhimova məxsus mağazada;

Bakının Sabunçu rayonunda: Bakıxanov qəsəbəsində Yeganə Abdulqədirovaya, Lumuzər Namazovaya və Məmməd İsmayılova məxsus mağazalarda;

Şirvan şəhərində: Füzuli adına mədəniyyət və istirahət parkında Fərhad Həziyevə məxsus yeməkxanada;

Zaqatala şəhərində: V.İsmayılov küçəsi, 44 ünvanında Şahid Salamova məxsus mağazada normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan malların;

Bakının Xətai rayonunda: Zığ yolu, 12A ünvanında Əlizamin Şükürova məxsus mağazada;

Sumqayıt şəhərində: 1-ci məhəllə, M.Hüseynzadə küçəsində Günay Məmmədovaya məxsus mağazada;

Gəncə şəhərində: Nizami küçəsində Əfşanbəyim Xəlilovaya məxsus mağazada; V.Xuluflu küçəsi, 15 ünvanında Vahid Qəmbərova məxsus mağazada; Xətai prospekti, 84 ünvanında Elşən Əliyevə məxsus mağazada;

Şirvan şəhərində: Xəqani küçəsi, 21 ünvanında Amil Əliyevə məxsus mağazada;

Quba rayonunda: Alekseyevka kəndində Elçin Allahverdiyevə məxsus mağazada; Quba şəhəri, 4-cü məhəllədə Emin Əliyevə məxsus mağazada;

Şabran şəhərində: F.Xoyski küçəsində Qəribağa Kərimova məxsus mağazada saxlama müddəti ötmüş malların satıldığı aşkarlanmışdır.

“Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.

İstehlakçılardan istifadə müddəti ötmüş, keyfiyyətsiz malların satışı halları ilə rastlaşdıqda, 498-15-01 və 498-15-04 nömrəli telefonlarla Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti və İqtisadiyyat və Sənaye Nazirliyinin 195-2 Telefon Məlumat Mərkəzinə məlumat vermələri xahiş olunur”, - məlumatda deyilir.

Gülnarə Zeynalova
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri