25 
Okt
2014
10:20
17
44
1091
Virtual karabakh

Mingəçevirdə məcburi köçkünlər üçün çoxmənzilli binalar tikilir

25 Okt, 2014
10:20
1091

Mingəçevirdə məcburi köçkünlər üçün çoxmənzilli binalar tikilir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Hazırda dövlət proqramına uyğun olaraq başqa rayonlarda da qəsəbələr salınır.

Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Mingəçevir rayonunda məcburi köçkünlər üçün salınan məhəllədə gedən tikinti işlərinin gedişi ilə maraqlanıb.

Oxu.Az SalamNews-a istinadən xəbər verir ki, əraziyə gələn Əli Həsənov köçkün şəhərciyində görülən işlərlə maraqlanıb, inşaatçılara işlərin yüksək səviyyədə və vaxtında yerinə yetirilməsi üçün tapşırıqlar verib.

Əli Həsənov tikinti işlərinin gedişi ilə tanış olandan sonra inşaat işlərini aparan tikinti şirkətlərinin rəhbərlərinin arzu və təkliflərini dinləyib və onlara öz tövsiyələrini verib.

Bildirilib ki, ərazidə 11 ədəd doqquzmərtəbəli, 594 mənzilli binalar tikilir. Binalarda 36 ədəd birotaqlı, 288 ədəd ikiotaqlı, 234 ədəd üçotaqlı, 36 ədəd isə dördotaqlı mənzillər tikilir. Ərazidə həmçinin 480 yerlik məktəb binası, 140 yerlik uşaq bağçası, tibb məntəqəsi, ATS binasının tikilməsi nəzərdə tutulub.

Əli Həsənov bildirib ki, hazırda dövlət proqramına uyğun olaraq Mingəçevir, Bərdə, Ağdam, Göygöl, Qaradağ, Beyləqan, Saatlı və Hacıqabul rayonlarının ərazilərində də məcburi köçkün ailələri üçün qəsəbələr salınır.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri