25 
Okt
2014
11:45
27
7
1507
Virtual karabakh

Sığorta şirkətləri dəbbə pulu ödəyəcəklər

25 Okt, 2014
11:45
1507

Sığorta şirkətləri dəbbə pulu ödəyəcəklər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Nazirlər Kabineti qaydalara dəyişiklik etdi.

Nazirlər Kabineti “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə sığorta ödənişinin təyin edilməsi, verilməsinin dayandırılması və bərpa olunması Qaydaları”nda dəyişiklik edib.

Oxu.Az xəbər verir ki, Maliyyə Nazirliyindən verilən məlumata görə, dəyişiklik sığorta ödənişinin gecikdirilməsi ilə bağlıdır.

Dəyişikliyə əsasən, bundan sonra sığortaçı sığorta ödənişini “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” qanunla müəyyən edilmiş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyəcək.

Gülnarə Zeynalova
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri