30 
Okt
2014
12:15
104
15
2326
Virtual karabakh

Polyaklar Bakıda tramvay xətti çəkmək istəyirlər

30 Okt, 2014
12:15
2326

Polyaklar Bakıda tramvay xətti çəkmək istəyirlər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İki ölkə əməkdaşlığa başlaya bilər.

Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Abbas Ələsgərov Polşanın İnfrastruktur və Regional İnkişaf nazirinin müavini Marçin Kubyakın rəhbərlik etdiyi nümayəndə heyətini Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin təqdimatı əsasında qəbul edib.

Komitədən Oxu.Az-a verilən məlumata görə, qonaqlara Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin funksiyaları və gördüyü işlər barədə ətraflı məlumat verən Abbas Ələsgərov onları maraqlandıran məsələlərə də aydınlıq gətirib.

Qonaqlar Bakının nəqliyyat infrastrukturunda önəmli yer tuta biləcək tramvay şəbəkəsinin qurulmasının vacibliyindən və bu işdə Polşanın təcrübəsindən, habelə imkanlarından istifadənin mümkünlüyündən danışaraq, gələcəkdə Azərbaycanla bu sahədə əməkdaşlıq etməkdə maraqlı olduqlarını bildirdilər.

G.Z.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri